Avtomobil sürücüsü iPhone 14-ü özbaşına polis çağırdıqdan sonra həbs edilib
Yeni Zelandiyada sərxoş sürücü iPhone-u avtomatik olaraq təcili yardım xidmətinə zəng etdikdən sonra polis tərəfindən saxlanılıb. Azadmedia.az xəbər verir ki, bu barədə “Apple Insider” portalı məlumat yayıb.
Məlumdur ki, Yeni Zelandiyadan olan 46 yaşlı avtomobil sürücüsü gecə saatlarında ağaca çırpılıb, bundan sonra iPhone 14-də qəza aşkarlama funksiyası özbaşına təcili yardım çağırıb.
Sürücü dispetçerə bildirib ki, polisin narahatlığına heç nə yoxdur. Lakin qaynar xətt nəyinsə səhv olduğundan şübhələnərək polisi hadisə yerinə göndərib.
Gələn məmurlar spirtli içki ekspertizası keçirməyə çalışıblar. Kişi bundan imtina edib və aqressiya nümayiş etdirib, nəticədə həbs edilib.
Qəza aşkarlama sistemi iPhone 14-ün buraxılışı ilə Apple smartfonlarına təqdim edilib. Bu xüsusiyyət avtomobil qəzasını aşkar etmək üçün sensorlar və alqoritmlərdən istifadə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.