Tarixçi Yadigar Sadıqlı gözlənilən İstanbul zəlzələsindən yazıb. Azadmedia.az mövzunun aktuallığını nəzərə alıb məqaləni təqdim edir:
Türkiyə ərazisi əsasən Anadolu plitəsi üzərində yerləşir. Ölkənin şimalından Şimali Anadolu çatı, şərqindən və cənub-şərqindən isə Şərqi Anadolu çatı keçir. Şərqə Ərəbistan plitəsi, şimalda isə Avrasiya plitəsi ilə həmsərhəddir.
XX əsrdə Şimali Anadolu çatında tektonik fəallıq daha çox olub. Cümhuriyyət dövründə burada maqnitudası 6,0-dan 7,9-a qədər olan 13 zəlzələ baş verib. Ən güclüsü və ən faciəlisi 1939-cu il Ərzincan zəlzələsidir ki, 33 minə yaxın insan həlak olub.
XX əsrin sonlarından Şərqi Anadolu çatında fəallıq müşahidə olunur. 1998-ci il Adana-Ceyhan (6,3), 2003-cü il Bingöl (6,4), 2010-cu il Elazığ (6,1) və 2020-ci il Elazığ (6,7) zəlzələləri. Kahramanmaraş zəlzələsi biri 7,8, ikincisi isə 7,5 gücündə iki təkandan ibarət oldu.
Alimlər Şimali Anadolu çatında təkanların əsasən şərqdən qərbə getdiyinə diqqət yetirərək yaxın illərdə İstanbulun özündə güclü zəlzələ olacağını proqnozlaşdırırlar və şəhərin buna hazır olmaması barədə həyəcan təbili çalırlar. Zatən çat düz şəhərin altından keçir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.