AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aşağı dozalı radiasiya insultdan sonrakı vəziyyəti yaxşılaşdıra bilər

  • + A
  • - A
  • 29-01-2024, 02:57

    Aşağı dozalı radiasiya insultdan sonrakı vəziyyəti yaxşılaşdıra bilər

    Aşağı bir radiasiya dozası travma və ya insult nəticəsində beyin zədələnməsini azalda bilər, həmçinin bu şərtlərlə əlaqəli hərəkət pozğunluqlarını yüngülləşdirə bilər. Bunu “Brain, Behavior and Immunity” jurnalında dərc olunan araşdırma göstərib.

    Travmatik beyin zədəsi və ya insultdan sağ çıxanların təxminən yarısı həyatları boyu hərəkət problemləri və əlilliklərlə üzləşirlər. Alimlər yeni bir araşdırmada rentgen şüalarının aşağı dozalarının insult zamanı itirilmiş beyin toxumasının sahəsini 43-51% azalda biləcəyini aşkar etdilər.

    Bundan əlavə, rentgen şüaları motor funksiyasının bərpasını sürətləndirdi. Beləliklə, siçanlar dar şüa üzərində əks istiqamətə dönmək üçün çox daha az vaxt aparıblar. Əlavə təhlil göstərdi ki, rentgen şüalarının aşağı dozaları iltihabın azaldılması ilə əlaqəli genlərin fəaliyyətini (ifadəsini) stimullaşdırır.

    Heyvanlar üzərində əvvəlki tədqiqatlar göstərmişdir ki, aşağı dozalı rentgen şüaları immunitet sistemini, yaraların sağalmasını və hüceyrələrin böyüməsini stimullaşdırır və neyrodegenerativ xəstəliklər zamanı beyin toxumasının itirilməsinin qarşısını alır. Alimlər hesab edirlər ki, əlavə sınaqlardan sonra onların metodu tibbdə tətbiq oluna bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR