NƏZRİN MƏMMƏDLİ
Mersin Universiteti,
İqtiasadi və İdari Bilimlər fakültəsi
Beynəlxalq Əlaqələr bölümü
4-cü kurs tələbəsiAraştırma məqaləsi
Research Article
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDAKI QARDAŞLIQ KÖRPÜSÜ
Brotherhood bridge between Azerbaijan and Turkey
Referativ
Bu araştırmanın məqsədi əsrlərə dayanan Azərbaycan ve Türkiyə arasındaki dostluq münasibətini tarixi hadisələr işığında açıqlamaqdır.Bu çərçivədə araştırma üç hissədən ibarətdir.İlk olaraq 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazanması üzərində durulacaqdır. Bu kontekstdə birinci və ikinci Qarabağ müharibəsinin Azərbaycan və Türkiyə münasibətlərinə necə yansıdığına diqqət çəkiləcəkdir. Üçüncü hissədə isə iki dövlət arasında imzalanan sözləşmələr və protokollar göz önünə gətiriləcəkdir.
Abstarct
The purpose of this study is to reveal the centuries-old friendly relations between Azerbaijan and Turkey in the light of historical events. In this context, the study consists of three parts. First, attention will be paid to the independence of Azerbaijan in 1991. In this context, attention will be paid to how the first and second Karabakh wars were reflected in the relations between Azerbaijan and Turkey. In the third part, the agreements and protocols signed between the two countries will be considered.
Giriş
Rusiya İmperiyası ilə İran arasındakı bir sıra müharibələrdən sonra Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri imperiyalar arasında yeni bir sərhəd qurdu. Rusiya Bakı, Şirvan, Gəncə, Naxçıvan və İrəvanı aldı. İmzalanan sazişdən sonra Qafqazdakı Azərbaycan Türkləri İranda qalan dil və dini soydaşlarının əksəriyyətindən ayrıldı. Kiçik bir tacir sinfi və işçi sinfi 19-cu əsrin ikinci yarısında meydana çıxsa da, sərhədin hər iki tərəfindəki azərbaycanlılar əsasən kənd yerlərində qaldılar. Bakı Rusiyanın əsas neft mənbəyinə çevrildikcə, on minlərlə İranlı, Erməni və Rus fəhlə iş tapmaq üçün Abşeron yarımadasına axın etdi və Rusiyanın iqtisadi və siyasi təsirləri Azərbaycanın hər iki hissəsində hiss olunmağa başladı. 1917-ci il Rusiya İnqilabı və ondan sonrakı üç illik Rusiya Vətəndaş Müharibəsi zamanı Vladimir Leninin başçılığı altında Bolşeviklər Partiyası keçmiş Rusiya İmperiyasında sosialist dövlətinin qurulmasını tələb edən fəhlə və əsgər komitələrinin koalisiyası olan sovet qüvvələri üzərində üstünlük təşkil etdi. SSRİ-də hökumətin bütün səviyyələri Kommunist Partiyası tərəfindən idarə olunurdu. Yarandığı onilliklər ərzində Rusiyanın hakim olduğu Sovet İttifaqı dünyanın ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrildi və nəticədə 15 respublikanı Rusiya, Ukrayna, Gürcüstan, Belarusiya, Özbəkistan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldovanı əhatə etdi. 1917-ci il Rusiya İnqilabında bolşeviklərin qələbəsi və I Dünya Müharibəsi (1914-1918) illərində rus qoşunlarının Qafqaz cəbhəsindən çıxarılması ilə Azərbaycan rəhbərləri Zaqafqaziya muxtariyyətində (1918-ci ilin fevral-aprel ayları) qısa eksperimentində ermənilər və gürcülərlə birləşdilər. Müstəqil Zaqafqaziya federativ respublikasında (apreldən may ayına qədər) daha da qısa bir birləşmə cəhdi dağıldı və nəhayət, üç ayrı müstəqil respublika yaradıldı. 1918 -ci il mayın 28-də Azərbaycan müstəqil dövlət elan edildi, lakin Bakı mart ayında müsəlman üsyanını yatıran yerli erməni əsgərlərinin köməkliyi ilə kommunist hökumətin əlində qaldı. İrəliləyən türk ordusu ilə müttəfiq olan Azərbaycan millətçiləri 1918-ci ilin sentyabrında paytaxt Bakını ələ keçirdilər və ermənilərə qarşı mübarizəyə başladılar. Azərbaycan Sovet Sosialist Respublikasında 70 il yaşamışdır. O, 1922-ci ildən 1936-cı ilə qədər Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində olub. Gürcüstan və Ermənistan kimi xeyli iqtisadi inkişaf, urbanizasiya və sənayeləşməni yaşayıb.Azərbaycan öz müstəqilliyini tamamilə əldə edənə qəder Sovyet Rusyası Türkiyəylə olan siyasi, hərbi ve s kimi münasibətlərinə sədd çəkməyə çalışmıştır. Azərbaycan 23 sentyabr 1989 -cu ildə suverenliyini, 30 avqust 1991-ci ildə müstəqilliyini elan etdi.
1. 1991-ci il Azərbaycanın müstəqilliyini qazanması
Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandı və Türkiyə onun müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Ayaz Mütəllibovun Rusiya yönümlü hökuməti 1992-ci ilin mayında Qarabağda ağır hərbi itkilərdən sonra sürətlə süqut etdi və 1992-ci ilin yayında Elçibəy ölkə prezidenti seçildi. Əbülfəz Elçibəy pantürkçü millətçi idi. Onun siyasi gündəminə “imperiyalara” qarşı mübarizə daxil idi. 200 ildən artıq Azərbaycan üzərində nəzarəti ilə “Rusiya imperiyası” birinci yerdə idi. O cümlədən "İran imperiyası" ikinci yerde dururdu. İranda 25 milyondan çox etnik azərbaycanlıya yönəlmiş təcavüz və insan haqlarının pozulması səbəbindən də bir problem idi. Beləliklə, Elçibəyin xarici siyasət tamamiylə Ankaraya meyilli idi. Elçibəyin hakimiyyəti dövründə Azərbaycan və Türkiyə arasında güclü sosyal iqtisadi əlaqələr yaranmağa başladı. Azərbaycanlıların İranla eyni dinə malik olmasına baxmayaraq, Türkiyə ilə dil və mədəni oxşarlıqlar daha üstün idi. Qarabağ münaqişəsi başlayandan Türkiyə İrandan fərqli olaraq erməni təcavüzünü qınadı və sonradan Ermənistanla sərhədini bağladı.
1993 cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsiylə birliktə Azərbaycan və Türkiyə arasındaki münasibət yeni bir məlhələyə qədəm qoyulmuşdur. Heydər Əliyevin təşəbbüsüylə Azərbaycan 1993 cü ildə TÜRKSOY’a qatılmıştır. Azərbaycan Respubliksının qurucusu Heydər Əliyev dövründə ikitərəfli münasibətlər kəskin şəkildə yüksəldi. Türkiyəli iş adamları Bakıya gəlib Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa başladılar. Bununla bərabər azərbaycanlı alimlərin,musiqiçilərinin,həkimlərinin Türkiyəyə sürətlı axını başladı. Əliyev dövründə Türkiyə Azerbaycan münasibətləri başda siyaset və iqtisadiyyat olmaqla demək olar ki, bütün sosial alanlarda böyük inkişaf göstərmişdir. İki ölkə arasında yaxınlık, görülən işlər stratejik ortaq həddə çatmıştır. O Rusya, ABŞ və qonşu dövlətlər arasında tarazlıq siyaseti həyata keçirməklə daha səmərəli daxili və xarici politika baxımından bölgədə istikrarın qorunmasını möhkəmləşdirməyə çalışmışdır. Azerbaycanın təbii resusrslarının ölkənin prinsipləri doğrultusunda istifadəsi üçün Əliyev “Əsrin Müqaviləsiylə” Xəzər enerji mənbələrinin bütün dünyaya tanıdaraq Qərb devlətlerinin marağını ölkəyə çekməyi bacarmıştır. Ulu Öndərin bu addımı Azərbaycanı iqtisadi böhrandan xilas etmək idi. Azərbaycan 1994-cü il sentyabrın 20-də ilk böyük beynəlxalq sazişini imzalayaraq enerji səhnəsinə daxil oldu. Azəri-Çıraq-Günəşli hövzəsindəki neftin enerji bazarına çıxarılması üçün 7 ölkədən 11 şirkət müqaviləni imzaladı. Azərbaycan neft nəql etmək üçün Türkiyə və Gürcüstanla əməkdaşlıq etdi və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri çəkildi. 2006-cı ildə fəaliyyətə başlayan BTC ilə təxminən 3,3 milyard barel neft Ceyhan Limanından 4300 tankerə yüklənərək dünya bazarlarına çıxarılıb. 1990-cı illərin əvvəllərində Azərbaycanda neft hasilatı o qədər azalmışdı ki, demək olar ki, yox idi və bu gün 30-dan çox ölkəyə neft və neft məhsulları satır. Buda Ulu Öndərin yeritdiyi güclü xarici siyasətinin nəticəsidir.
Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük xidmətlər göstərdiyini deyən Əhmədov demişdir:
"O, Türkiyəni həqiqətən sevirdi. Heydər Əliyev həm də Türkiyə-Azərbaycan dostluğunun memarıdır. "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" sözləri ona məxsusdur. Heydər Əliyev möhkəm və sarsılmaz dostluğun əsasını qoyan şəxsdir. Azərbaycan bugün Heydər Əliyevin müəyyən etdiyi “Türkiyə-Azərbaycan dostluğu” strateji xəttinə sadiqdir.
2. Birinci və İkinci Qarabağ müharibəsinin, Azərbaycan və Türkiyə münasibətlərinə təsiri
Qafqaz Avropanın cənub-şərqində strateji əhəmiyyətli dağlıq bölgədir. Əsrlər boyu regionda müxtəlif güclər həm xristian, həm də müsəlman kəsimi orada nəzarət uğrunda mübarizə aparırdılar. 1980-ci illərin sonunda Sovet İttifaqı dağılmağa başlayanda Dağlıq Qarabağın regional parlamenti rəsmi olaraq Ermənistanın tərkibinə daxil olmağa səs verdi. Azərbaycan separatçı hərəkatı boğmağa çalışırdı, Ermənistan isə onu dəstəklədi. Bu etnik toqquşmalara və Ermənistanla Azərbaycan Moskvadan müstəqillik elan etdikdən sonra genişmiqyaslı müharibəyə səbəb oldu.
Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə döndüktən sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. 1994-cü ildə atəşkəs imzalanmıştır.
Corc BUŞ, Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti;
‘Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir’.
Ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Qarabağ ermənilərinin Qarabağın Sovet Azərbaycanından Sovet Ermənistanına verilməsini tələb etdiyi vaxtdan başlasa da münaqişə 20-ci əsrin əvvəllərində yaranıb. Münaqişə 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə çevrildi, daha sonra müharibə bitdikdən sonra aşağı intensivlikli münaqişəyə dönüşdü, və 2020-ci ildə başqa bir tammiqyaslı müharibəyə çevrildi. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinə yönəlmiş səylərə öz töhfəsini vermişdir. Bu baxımdan Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi öz təşəbbüslərini davam etdirmişdir. Qardaş ölkə yaradılmış Dağlıq Qarabağ respublikasını tanımamışdır.
Türkiyə 1918-ci il iyunun 4-də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri və 1991-ci ildə Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqilliyini bərpa etməsini tanıyan ilk dövlət olub. O Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü qorumaq və Xəzər dənizinin zəngin təbii ehtiyatlarından irəli gələn iqtisadi potensialını reallaşdırmaq səylərinə dəstək olmuşdur.Türkiyə Vətən müharibəsində ( İkinci Qarabağ müharibəsi) hər şəkildə Azərbaycanın yanında olduğunu bütün dünyaya sübt etmiştir. Bu, hər şeydən əvvəl, iki xalq arasında mövcud olan güclü mədəni və tarixi qohumluq əlaqələrinin və strateji tərəfdaşlığın növbəti təzahürü oldu. Türkiyə-Azərbaycan münasibətlərinin aparıcı qüvvəsi olan “Bir millət-iki dövlət” şüarı İkinci Qarabağ Müharibəsi illərində tamamilə yeni əhəmiyyət kəsb etdi. Türkiyə lap əvvəldən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarmaq üçün həyata keçirdiyi əks-hücum əməliyyatına ən güclü və birmənalı siyasi dəstəyini göstərdi ki, bu da qaydalara əsaslanan beynəlxalq nizama yaxınlıq nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın əməliyyatlarına öz ədalətli siyasətini davam etdirmək üçün daha da inam verdi. Azərbaycan və Türkiyə Ermənistanın Azərbaycan ərazilərinin iyirmi faizə yaxınını işğal etməsini rədd edərək, on illərdir ki, Ermənistanla sərhədlərini bağlı saxlayır. Ermənistan Türkiyəyə də ərazi iddiaları irəli sürdüyü və uzun müddətdir ki, qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı onunla mübahisə etdiyi halda, Ermənistanı bu təşəbbüslərə daxil etmək üçün Azərbaycan və Türkiyənin qarşısında duran yeganə şərt Azərbaycan ərazilərinin işğaldan azad edilməsi olub. Ermənistan illərdir bundan imtina edib. Buna baxmayaraq, Azərbaycanın qələbəsi və işğal olunmuş ərazilərinin geri qaytarılması ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi regional geosiyasətdə yeni konturlar açıb. Azərbaycan, otuz illik işğal dövründə Ermənistana qarşı kin saxlamayacağını irəliləməyə hazır olduğunu bəyan etdi. Türkiyə də bu yanaşmanı dəstəkləyib.
Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanla bu düşmənçiliyə başlamamışdır və bu düşmənçilik, kin və müharibə fəslini bağlamağa və nəhayət, qonşusu ilə konstruktiv əlaqəyə başlamağa hazırdır. Cənubi Qafqaz regionunda və onun yaxın qonşuluğunda hərtərəfli əməkdaşlığın təklif olunan yeni formatı gələcək münaqişələr riskini də aradan qaldıra bilər.
Ermənistanla Azərbaycan arasında İkinci Dağlıq Qarabağ müharibəsi 10 noyabr 2020-ci ildə keçmişin məğlubiyyətini etiraf etməklə başa çatdı. Müşahidəçilər Azərbaycanın hərbi qələbəsini müxtəlif amillər izah edir: Türkiyə və İsraildən alınan pilotsuz uçuş aparatlarının rolu və Türkiyənin yüksək rütbəli hərbçilərinin Azərbaycanın əməliyyat planları və komandanlığında məsləhətçi rolu. Lakin bu amillər son dərəcə vacib olsa da, münaqişənin nəticəsini kifayət qədər izah etmir. Əlavə əhəmiyyətli bir amil var. Sovet İttifaqının dağılmasından az sonra Türkiyə bir sıra digər keçmiş Sovet respublikaları ilə birlikdə Azərbaycanın silahlı qüvvələrinin yaradılmasına başladı. Azərbaycanın Ermənistan üzərində son qələbəsi bu otuz illik səyin nəticəsidir.
Türkiyənin güclü siyasi dəstəyi, qabaqcıl türk pilotsuz təyyarələri və təcrübəli türk hərbi məsləhətləri Azərbaycana qarşı balansı pozdu”, “The Telegraph”ın məqaləsində deyilir. Türkiyənin dəstəyi həm də ona “Dağlıq Qarabağın keçilməz dağ qalası sayılan ərazidə erməni mövqelərini yuvarlamağa imkan verdi”.
“Dağlıq Qarabağın keçilməz dağ qalası” dedik də Şuşa müharibəsinə diqqət çəkilmək istənmiştir. Şuşa Dağlıq Qarabağ regionundaki en stratejik əhəmiyyətli yerlərindən biridir. Ermənilərin Şuşi adlandırdıqları Şuşa 2020-ci il müharibəsinə qədər Dağlıq Qarabağ bölgəsinin ikinci ən böyük şəhəri idi.. Şəhər dəniz səviyyəsindən 1300–1600 metr hündürlükdə, Xankəndi vilayətindən təxminən 15 kilometr məsafədə yerləşir. İki yaşayış məntəqəsini bir vadi ayırır və Xankəndi üçün bufer zonası kimi xidmət edən və regiona baxan dağlıq ərazidə yerləşən Şuşa "strateji yüksəklik" kimi təsvir edilmişdir. Strateji təpə şəhərciyi həm ermənilər, həm də azərbaycanlılar tərəfindən xalq arasında “çarpılmaz” dağ qalası adlandırılır. Ermənistanın cənubundakı Sünik vilayətindəki Qoris şəhərini Xankəndi ilə birləşdirən əsas yol Şuşadan keçməklə Laçın dəhlizindən keçir; Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə digər əsas yol Kəlbəcər rayonunun şimalındakı Murovdağ dağlarından keçir.
Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçdilər, onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Çünki əsas hücumu bu yollardan gözləyirdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər.
Oktyabrın 30-da erməni tərəfi döyüşlərin Şuşadan cəmi beş kilometr şərqdə getdiyini açıqladı. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər.
Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan ordusunun konvensional piyada qüvvələrinin Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı.
Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya yardımın gəlməsi artıq mümkün deyildi. Yəni Həkəri çayı üzərindəki əsas körpü də dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini görən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı. 80-ə yaxın xarici reportyor döyüş bölgəsində təcrid vəziyyətində qaldı.
Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinə cavabdehlik daşıyan qüvvələrin komandiri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kərəmyanın şəhəri tərk etdiyi barədə xəbərlər yayıldı. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya əks-hücumların qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər.
Azərbaycanın xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar.
Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də hava zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi.
Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan-binaya yaxın məsafədən aparılırdı.
Noyabrın 8-i səhər “Artsax”ın “müdafiə nazirliyi” Şuşanı əhatə edən cəbhə xətti boyu gecədən bəri intensiv döyüşlərin getdiyini bildirdi.
Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Şuşa da daxil olmaqla, Dağlıq Qarabağın bütün bölgələrini azad etmiş Azərbaycana təslim olmaq haqqında bəyanata imza atdı.
Məqalədə müəlliflər Şuşa uğrunda 1992-ci ildən gedən döyüşləri də təhlil edirlər. Bildirirlər ki, o zaman Şuşanı müdafiə edən Azərbaycan qüvvələri coğrafi baxımdan üstünlüyə malik olsalar da şəhərin müdafiəsini düzgün qura bilməmişdilər. Nəticədə erməni qüvvələri Şuşaya ətraf kəndlərdən irəliləyərək üç istiqamətdən hücum təşkil etdilər və şəhərin tam mühasirəyə alınmaq təhlükəsi yarananda onun müdafiəçiləri geri çəkilməli oldular. Məqalədə bildirilir ki, 1992-ci ildə də Azərbaycan qüvvələri ermənilərin indi etdikləri səhvlərə yol vermişdilər və şəhərə hücumun ancaq əsas yollar üzərindən baş verəcəyini gözləyirdilər. Sıldırım qayalıq və meşəlik ərazilər istiqamətində isə yetərli müdafiə qurmamışdılar.
Şəhərlər müharibələr zamanı operativ və strateji hədəflər olaraq qalırlar. Şuşanın azad edilməsi Azərbaycanın strateji qələbəsi oldu və sonda müharibənin də taleyini həll etdi. Şuşanın alınmasından sonra Ermənistan təslim olmağa məcbur oldu, çünki qorxurdu ki, Azərbaycan qüvvələri hücum edib Dağlıq Qarabağın əsas şəhərini də (Xankəndini) ələ keçirəcək.
Digər mühüm dərs budur ki, həlledici əhəmiyyətə malik şəhərləri tutmaq və əldə saxlamaq üçün müasir qarışıq qüvvələrin tam dəstindən istifadə zəruridir. Burada həm xüsusi təyinatlı qüvvələr, həm adi quru qoşunları, həm uzaqvuran artilleriya və dəqiq zərbələr endirməyə imkan verən silah sistemləri, eləcə də güclü hava dəstəyi nəzərdə tutulur. Havada üstünlük, bombardmanlar, uzaq məsafədən dəqiq zərbələrin endirilməsi və pilotsuz aviasiya sistemləri-bütün bunlar döyüş əməliyyatlarının aparılması imkanlarını təmin edir.
Qarabağda müharibəni təkcə müasir pilotsuz aparatlar udmayıb. Şəhər müharibələri təkcə piyadaların döyüşləri deyil. Müharibənin həlledici əməliyyatı-Şuşanın azad edilməsi ümumqoşun imkanları tələb edirdi ki, burada xüsusi təyinatlı qüvvələr, artilleriya atəşləri, zirehli texnika, mühəndis qoşunları, eyni zamanda piyada birləşmələri tətbiq edilmişdi. Başqa sözlə, əraziləri tutmaq və əldə saxlamaq üçün yerüstü qüvvələr lazım idi, amma yekun nəticəni əldə etmək üçün bir çox digər vasitələr də tətbiq edilmişdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın bu kontekstdə yeni hücumuna Azərbaycan ordusu cavab verib və 27 il ərzində işğal altında olan (ölkənin 20%-i) torpaqlarını geri almaq üçün əks-hücuma keçib. 44 günlük müharibə zamanı Azərbaycan ordusu heç bir dinc əhalini hədəfə almadan nəzarətli və üstün şəkildə işğal etdiyi ərazilərin əhəmiyyətli bir hissəsini geri alıb. O, Dağlıq Qarabağdan kənarda yerləşən yeddi rayonu və Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərini, bəzi şəhər və kəndləri işğaldan azad etməyə nail olub. Noyabrın 10-da imzalanan üçtərəfli bəyannamə ilə Dağlıq Qarabağ Ermənistanın işğalından azad edildi. Bəyanatda bildirilir ki, Qarabağın qalan hissəsi ən qısa zamanda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında erməni əsgərlərindən təmizlənəcək və bütün region Azərbaycan dövlətinin konstitusiya quruluşuna daxil olacaq.
Azərbaycan müharibədən qalib ayrıldığı üçün sülh şəraitini müəyyən edən tərəf oldu. Türkiyə Cümhuriyyəti 44 günlük müharibədə bütün siyasi, diplomatik və hərbi imkanları ilə Azərbaycanı ən yüksək səviyyədə dəstəkləmiş, beynəlxalq hüququn tələblərini yerinə yetirməkdə Azərbaycanı heç vaxt tək qoymamışdır. Müharibə zamanı Türkiyənin Azərbaycana dəstəyi və bu dəstəyi açıq şəkildə ifadə etməsi Azərbaycanın qələbə qazanmasını istəməyən qüvvələrin Ermənistan və açıq cəbhədə iştirakı almasına mane oldu.
Müharibə noyabrın 10-da Ermənistanın ağır məğlubiyyəti ilə başa çatdı. Azərbaycan, Ermənistan və Rusiya imzaladıqları üçtərəfli bəyannamə ilə müharibəyə son qoydular. Bəyannamə üç ölkə arasında imzalansa da, sözügedən bəyannamənin hazırlanmasında Türkiyənin də tərəf kimi Azərbaycanın yanında olduğu düşünülür. Müharibənin sonu yaxınlaşdıqca Türkiyənin xarici işlər naziri, müdafiə naziri və yüksək səviyyəli siyasi və hərbi rəsmiləri qısa fasilələrlə Bakıya gəlir; Türkiyə prezidenti Ərdoğanın Rusiya prezidenti Putinlə telefon danışıqları və bu açıqlamanın nəhayət açıqlanması, iddiasını dəstəkləyir.
Bəyannamə müharibənin hüquqi və siyasi nəticələri və müharibədən sonrakı regionun gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir. Bəyannamə ilə Azərbaycanın dörd rayonunun (Qəbrayıl, Füzuli, Zəngilan və Qubadlı) işğaldan azad edildiyi rəsmiləşdirilib. O, həmçinin üç rayonun (Ağdam, Kəlbəcər və Laçın) işğalına son qoyulması üçün qrafiki müəyyən edib. Bəyannamədə Dağlıq Qarabağa heç bir muxtariyyət verilməyəcəyi açıq-aydın göstərilmişdi. Bundan əvvəlki sülh danışıqlarında Azərbaycan Ermənistanın işğala son qoyması müqabilində Dağlıq Qarabağa ən yüksək siyasi muxtariyyət verə biləcəyini bəyan etmişdi. Lakin buna razılaşmayan Ermənistanın müharibədə ağır məğlubiyyətə uğraması Azərbaycanın sülh şərtlərini müəyyən etməsinə səbəb oldu. Qarabağla bağlı ən böyük qazanclardan biri, şübhəsiz ki, muxtariyyət statusunun olmamasıdır. Beləliklə, Azərbaycanın bir parça torpaq olan Qaraqab üzərində suverenliyi məhdudlaşmayacaq və qat-qat effektli olacaq. Bu, təkcə Qarabağ deyil, Azərbaycan üçün deyil, bütün region üçün çox vacibdir.
İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrlər başlayır. Cənubi Qafqazda geostrateji əməkdaşlığın yeni mərhələsində hər iki tərəf üçün faydalar mövcuddur. Bu üstünlüklər;
1. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının 20%-nin azad edilməsi, onun iqtisadi sistemə inteqrasiyası prosesinə başlayacaq və bu proses yeni investisiya imkanları yaradacaqdır. Bu investisiya mühitindən ən çox türk iş adamlarının faydalanacağı gözlənilir.
2. Dağlıq Qarabağ münaqişəsinin sona çatması Azərbaycan Prezidenti Əliyevin dediyi kimi, yeni əməkdaşlığın qurulması üçün əsas olacaq. Bu, yeni layihələr, qlobal miqyasda inkişaf imkanları deməkdir. Azərbaycanın strateji tərəfdaşı kimi Türkiyə də bu layihələrdə həlledici mövqedə olacaq.
3. Ermənistan ekspansionist mövqeyindən əl çəkərsə, regionda yeni əməkdaşlıq imkanlarından yararlanacaq. Bu, Cənubi Qafqazda daha mühüm strateji perspektivlərin formalaşmasına gətirib çıxaracaq. Bu baş verərsə, həm Türkiyə, həm də Azərbaycan üçün faydalı investisiya layihələrini həyata keçirmək mümkün olacaq.
4. İkinci Qarabağ müharibəsi hazırda Türkiyənin Cənubi Qafqaz regionunun geosiyasi mühitinin həlledici aktorlarından biridir.
O, özünü bir daha sübut etdi. Bu reallıq regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan ilk növbədə Cənubi Qafqazda etibarlı tərəfdaş qazanıb. İkincisi, Türkiyənin Qafqaz regionunda nüfuzlu siyasi oyunçuya çevrilməsi də 2020-ci il noyabrın 10-da imzalanmış bəyannamənin həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Üçüncüsü, Türkiyənin Cənubi Qafqazda baş verən siyasi proseslərdə iştirakı Rusiyanın bölgədəki siyasi monopoliyasına son qoyacaq. Rusiya artıq öz şərtlərini qoyan tərəf deyil, o, Cənubi Qafqazda baş verən siyasi və iqtisadi proseslərdə bərabər çəkiyə malikdir. Bu yeni reallıq Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətləri baxımından yeni səhifə açacaq. Yəni qısa müddətdə Rusiyanı Türkiyənin ənənəvi rəqibi/düşməni kimi deyil, bölgədə ortaq tərəfdaş kimi görürük.Maraqları ilə əməkdaşlıq edən və bu maraqlara uyğun gələn partiya kimi də baxmaq olar.
5. İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda digər etnik problemlərin həlli üçün də vacibdir. Problemin bu yolla həlli təkcə Azərbaycan üçün deyil, həm də region üçün lazımdır. Bu da Türkiyənin təsirini artıracaq.
6. İkinci Qarabağ müharibəsi zamanı imzalanmış birgə bəyannamədə Ermənistan Azərbaycan və Naxçıvan arasında onun ərazisindən keçmək şərti ilə yeni nəqliyyat dəhlizinin açılması nəzərdə tutulur. Bu, təkcə Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqəsini təmin etmək baxımından deyil, həm də Türkiyənin regionda gedən iqtisadi proseslərdə daha fəal iştirak etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, ilk baxışda Ermənistan üçün zərərli görünsə də, əslində gələcəkdə problem olacaq. Bu, həm də ölkənin Türkiyə və Azərbaycanla əlaqələrinin inkişafına töhfə verəcək.
7. Ermənistan Azərbaycanla mübarizəsində həmişə dinc əhalini hədəfə alıb. Səbəb isə Azərbaycan xalqının öz dövlətinə inamını zəiflətməkdir. Bundan əlavə, işğal etdiyi yerlərdə bölgənin (Azərbaycanın) əhalisini məhv etmək və ya bu rayonları məcburi köçə göndərərək erməni vətəninə çevirmək məqsədi güdürdü. Lakin bu hadisələr Azərbaycan xalqında heç bir inamsızlıq yaratmadı, əksinə, öz dövlətinə inamı artırdı. Bundan əlavə, bütövlükdə Azərbaycan dövləti və xalqı, Ermənistan dövləti və xalqı bu soyqırım cəhdinə qarşıdır.Onlar təslim olmamaqla (vətəndaş cəmiyyəti ilə müharibə) dünya ictimai rəyi qarşısında öz legitimliklərini və nüfuzlarını artırıblar.
3. İki dövlət arasında imzalanan sözləşmələr və protokollar
Türkiyə və Azərbaycan arasında bir çox tarixi önəm kəsb edən müqavilələr imzalanmışdır. İki qardaş ölkənin diplamatik əlaqələrinin təməli 4 iyun 1918-ci ildə Azərbaycan və Osmanlı dövləti arasında imzalanan müqaviləylə atılmıştır. Bu müqaviləni Osmanlı Ədliyə naziri Halil Bəy və Qafqaz Cəphəsi Komandiri Vehip Paşa ilə Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə və Xarici işlər naziri Məhəmməd Həsən Hacınski imza atmıştır. 16 mart 1921-ci ildə Azərbaycan və Türkiyə arasında Moskova müqaviləsi imzalanmıştır. Bu müqavilənin əsasında 13 oktyabr 1921-ci ildə “ Qars müqaviləsi” imzalanmışdır. Şərtləri;
Naxçıvana muxtariyyət verildi. Tərəflər arasında təhlükəsizlik və ticarət kimi mövzularda əməkdaşlıq görüləcək.İstanbulun təhlükəsizliyi bərpa olunacaq və Boğazlar ticarətə açılacaq. TBMM, Batuminin Gürcüstana verilməsini qəbul edəcək və Qafqaz Respublikaları (Azərbaycan,Gürcüstan,Ermənistan) kapitulyasiyaların qaldırılmasını qəbul edəcək.
16 avqust 2010-cu ildə Azərbaycan və Türkiyə arasında “Stratejik əməkdaşlıq ” sazişi bir digər adıyla "Hərbi və hərbi-texniki əməkdaşlıq",müqaviləsi imzalanmışdır. Saziş qarşılıqlı dəstək müqaviləsidir. Müqavilənin şərtlərinə görə; Türkiyəyə qarşı törədilən hər hansı bir təcavüz olarsa Azərbaycan, həmçinin Azərbaycana qarşı törədilən hər hansı bir hərbi müdaxilədə Türkiyə Azərbaycanın yanında olmalıdır.
25 fevral 2020 ci ildə Türkiyə ilə Azərbaycan arasında güzəştli ticarət sazişi imzalanmışdır. Azərbaycanın paytaxtı Bakı şəhərində imzalanmış sazişə əsasən, tərəflər arasında sazişə daxil edilmiş bəzi məhsullar üzrə mövcud tariflərin azaldılması və ya ləğv edilməsi, qeyri-tarif və tarif kimi maneələrin aradan qaldırılması, ticarətin gücləndirilməsi və ticarətin davamlı artımı və ədalətli rəqabət üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir.
10 dekabr 2020 ci ildə Bakıda Türkiyə və Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə Türkiyə və Azərbaycana qarşılıqlı səfər edə bilməsini nəzərdə tutulan protokol imzalanmışdır.
Nəticə
1990-cı illərdən bu yana Azərbaycanla Türkiyə arasında münasibətlər inkişaf edib. Azərbaycan Türkiyə daxili iqtisadiyyata əhəmiyyətli investisiyalar etmək potensialı olan bir ölkə olaraq görürdü. Lakin Türkiyənin coğrafi mövqeyi Azərbaycanın nəqliyyat problemlərindən biridir. Neftin bazara çıxarılması prosesində infrastrukturun yaradılması, Avropa-Qafqaz-Asiyanın reallaşması kimi hallarda böyük imkanlar təmin etdi. Azərbaycanın regionda yeganə real müttəfiqi kimi görünən Türkiyə ona beynəlxalq hüquq verib.
Neft-qaz ehtiyatları hesabına öz problemlərini həll etmək, Qərb neft şirkətlərinin iştirakı ilə çıxarılan Azərbaycan neftini gətirən boru kəməri tranzit ölkəyə çevrilmək, Avrasiyadakı strateji əhəmiyyətini artırmaq və Azərbaycan vasitəsilə Orta Asiyaya çatmağa çalışırdı. Azərbaycandan keçərək Türkiyənin cənubuna onun Qafqazda və Mərkəzi Asiyada güclənməsi onun sosial-iqtisadi və strateji maraqlarını tam yerinə yetirir. Üstəlik, bu siyasət Türkiyənin regional gücə çevrilməsinə imkan verdi və bu, yeni müstəqillik qazanmış türk cümhuriyyətlərinin maraqlarına uyğun gəlirdi.
Azərbaycanın müstəqilliyini əldə etməsindən çox vaxt keçməsə də, regionun ən mühüm dövlətlərindən birinə çevrilib. Daha əvvəl də qeyd edildiyi kimi, bu vəziyyətin yaranmasında onun tarixi keçmişi və inkişaf tərəfdarları əhəmiyyətli təsir göstərir. Bu kontekstdə iqtisadi, sosial, siyasi və mədəni inkişafının bəhrələrini qısa müddətdə topladığı görünür. Araşdırmada müzakirə olunan 27 sentyabr 2020-ci il tarixi həm Azərbaycan, həm Cənubi Qafqaz, həm də Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi üçün son dərəcə mühüm dönüş nöqtəsidir. Bu tarix təkcə Qafqaz regionu üçün deyil, həm də Türkiyənin Orta Asiya ilə əlaqəsinin kəsilməz olması baxımından böyük əhəmiyyət kəsb edir. Əslində, daha ümumi baxımdan bu proses Türk Dünyası üçün çox daha geniş və əhatəli iş birliyinə gətirib çıxaracaq.
Ermənistanın 2020-ci il noyabrın 10-da məğlubiyyəti qəbul etməsindən və Rusiyanın iştirakı ilə imzalanan təslim müqaviləsindən sonra regionun gələcəyi yenidən formalaşacaq. Şübhə yoxdur ki, Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra başlayan yeni dövrün ən böyük qalibi Azərbaycan və Türkiyə dövlətləridir. Əslində əldə edilən bu sülhdə orta və uzunmüddətli dövrdə müharibənin uduzan heç kim olmamışdır. Hətta müharibədə uduzan və təslim barışıq müqaviləsi imzalamalı olan Ermənistan da yeni prosesi düzgün dəyərləndirib Azərbaycanla – Türkiyə ilə münasibətlərini normallaşdırsa, müharibənin qalibləri sırasında ola bilər. Çünki onun düşdüyü iqtisadi tənəzzül, siyasi və iqtisadi xarici asılılığı, müstəqilliyinin aşağı səviyyədə olması, qonşuluq münasibətlərinin pis olması və bütün bunlara görə iqtisadiyyatın inkişaf etməməsi Ermənistanın gündən-günə yerləşdiyi bataqlığa batmasına səbəb olur. Yeni yaxşı münasibətlər mövcud neqativ vəziyyəti azaldacaq və hətta regional əməkdaşlıqla onu daha müsbət və ruhlandırıcı edəcək. Ermənistanın bu məsələdə nümunə götürə biləcəyi ölkə var. Şübhəsiz ki, bu dövlət Gürcüstandır.
Gürcüstan həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinə həmişə böyük önəm verib. Bu münasibətə görə də mövcud əlaqələrdən faydalanan region ölkəsinə çevrilib. Ermənistan da Gürcüstanın getdiyi yolla getməli, öz xalqının rifahını, gələcəyini düşünərək heç bir əsası olmayan illüziyalarından əl çəkməlidir. Bu kontekstdə sağında və solunda iki qüdrətli türk dövləti ilə dostluq əlaqələri çərçivəsində münasibətlərini qurmağa və inkişaf etdirməyə çalışmalıdır. Amma tarixdən dərs almasa və qonşularına qarşı irredentist siyasət yürütməyə davam edərsə, imperialist güclərin əlində alət olmaqda davam edəcək. Bu səbəbdən də öz gələcəyi əvəzinə başqa dövlətlərin maraqları üçün istifadə edilən və ilk növbədə iqtisadi və hərbi itkilər verməyə davam edən ölkə mövqeyində qalacaq. Ən əsası isə səhv rəftar və hərəkətləri ilə bu gün yaşadığı məğlubiyyəti yenidən yaşamağa məhkum olacaq.
Müharibədən qalib ayrılan Azərbaycan və bu müharibədə onu heç vaxt tək qoymayan Türkiyə hər zaman olduğu kimi bundan sonra da öz xalqının rifahı üçün formalaşdırdığı yeni geosiyasi və iqtisadi siyasətləri davam etdirəcək.
Result
Relations between Azerbaijan and Turkey have developed since the 1990s. Azerbaijan saw Turkey as a country with the potential to make significant investments in the domestic economy. However, Turkey's geographical position is one of Azerbaijan's transport problems. The creation of infrastructure in the process of bringing oil to the market has provided great opportunities in such cases as the realization of the Europe-Caucasus-Asia. Turkey, which seems to be Azerbaijan's only real ally in the region, has given it international law.
It sought to solve its problems at the expense of oil and gas reserves, to become a transit country for Azerbaijani oil produced with the participation of Western oil companies, to increase its strategic importance in Eurasia and to reach Central Asia through Azerbaijan. It’s strengthening in the Caucasus and Central Asia through Turkey to the south of Turkey fully fulfills its socio-economic and strategic interests. Moreover, this policy allowed Turkey to become a regional power, which was in the interests of the newly independent Turkish republics.
Although it has not been long since Azerbaijan gained its independence, it has become one of the most important states in the region. As mentioned earlier, its historical past and supporters of development have a significant impact on this situation. In this context, it seems to have reaped the benefits of economic, social, political and cultural development in a short period of time. The date of September 27, 2020, discussed in the study, is an extremely important turning point for the future of both Azerbaijan and the South Caucasus, as well as Azerbaijani-Turkish relations. This date is of great importance not only for the Caucasus region, but also for Turkey's uninterrupted ties with Central Asia. In fact, from a more general point of view, this process will lead to a much broader and more comprehensive cooperation for the Turkic World.
The future of the region will be reshaped after Armenia's defeat on November 10, 2020 and the surrender agreement signed with the participation of Russia. There is no doubt that the greatest winners of the new era in the South Caucasus, which began after the Second Karabakh War, are Azerbaijan and Turkey. In fact, in this peace, no one has lost the war in the medium and long term. Even Armenia, which lost the war and had to sign a surrender agreement, could be among the winners of the war if it correctly assessed the new process and normalized relations with Azerbaijan and Turkey. Because of its economic decline, political and economic foreign dependence, low level of independence, poor neighborly relations and all this, the lack of economic development causes Armenia to sink into the swamp where it is located day by day. New good relations will reduce the current negative situation and even make it more positive and inspiring through regional cooperation. There is a country where Armenia can take an example in this matter. Undoubtedly, this state is Georgia.
Georgia has always attached great importance to its relations with both Turkey and Azerbaijan. In this regard, it has become a country in the region that benefits from existing ties. Armenia must follow the path of Georgia and give up its baseless illusions, thinking about the welfare and future of its people. In this context, it should try to build and develop relations with the two powerful Turkish states on the right and left within the framework of friendly relations. But if it does not learn from history and continues to pursue irredentist policies against its neighbors, it will continue to be a tool in the hands of imperialist powers. Therefore, instead of its own future, it will remain in the position of a country that is used for the interests of other states and continues to suffer primarily economic and military losses. Most importantly, he will be doomed to experience the defeat he suffered today through his misconduct and actions.
Azerbaijan, which won the war, and Turkey, which never left him alone in this war, will continue, as always, the new geopolitical and economic policies it has formed for the benefit of its people.
İstinadlar/Source
İlham Əliyev (2020), “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri ve Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”
MƏMMƏDOV, Vüsal (2020), “Enerji Sahəsində Yeni Eməkdaşlıq Formatı Yaranır: Türkiyə-Rusiya-Azərbaycan”, AzTv, 10.01.2020, http://www.aztv.az/az/news/4384/enerji-sahəsində-yeni-əməkdaşlıq-formatı-yaranır-turkiyə-rusiya-azərbaycan
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” III Uluslararası Folklor Konfransının materialları. Bakı, “Səda”, 13-16 noyabr 2005-ci il, 584 s.
Azərbaycan – Türkiyə əlaqələri bütün sahələrdə və səviyyələrdə qardaşlıq, dostluq üzərində qurulmuşdur. Dirçəliş – XXI əsr, 2005, xüsusi buraxılış, s. 51-58.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti” Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır.
İQTİSADİ YENİDƏN KURULMALAR ÜÇÜN TƏHLİL VƏ KOMÜNİKASİYA MƏRKƏZİ (2020), “Türkiyə-Azərbaycan Xarici Ticarət Müharibəsi Sürətlə Artacaq”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İnstitusional Veb Səhifəsi, https://www.iqtisa_ciccislahasure_02.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA TƏDQİQAT MƏRKƏZİ (2011), Azərbaycan-Türkiyə əlaqələri Son 20 ildə: Uğurlar və Fürsətlər, Azərbaycan Respublikası Prezidentinin Yanında Strategiya Araşdırma Mərkəzi Nəşri, Bakı.
Mehmet, ALİYEV, Pelin and AYDIN, Abdullah (2013), “The Relationship between Civil Organizations and Local Participation: The Case of Azerbaijan”, Theory from Practice to Local Administrations and Urban Policies (Red. Yakup Bulut, Veysel Eren, Sedat)) . Karakaya, Abdullah Aydın), Pegem Academy Publications, Ankara, s.526-536.
ƏHMƏDOV, Elçin (2019), “Azərbaycan - Türkiyə Strategiyasına Sadiqlik Yeni və Dinamik İnkişaf Mərhələsində”, Azərbaycanda Atatürk Mərkəzi, https://ataturk.az/2019/04/04/azərbaycan-turkiyə-strateji-tərəfdasligi- yeni-və- dynamic-inkisaf-mərhələsində/ (Giriş tarixi: 29.11.2020).