AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı rejissorun “Küldə şərqi deyənlər” sənədli filmi ABŞ-da mükafat qazandı

  • + A
  • - A
  • Bu gün, 18:40

    Azərbaycanlı rejissorun “Küldə şərqi deyənlər” sənədli filmi ABŞ-da mükafat qazandı


    Azərbaycanlı rejissor Kamran Qasımovun müəllifi olduğu “Küldə şərqi deyənlər” adlı sənədli film Amerikada keçirilən Golden Picture (Qızıl Şəkil) mükafatına layiq görülüb.

    AzadMedia.az xəbər verir ki, bu beynəlxalq mükafat filmin ABŞ-da kino peşəkarları və tamaşaçıları tərəfindən yüksək qiymətləndirildiyini göstərir. “Küldə şərqi deyənlər” sənədli filmi Qasımovun rejissorluğu ilə çəkilmiş və insan hekayələrini, mədəni dəyərləri unikal şəkildə əks etdirən sənədli layihədir.
    Təqdimat zamanı film haqqında geniş məlumat verilmiş, onun həm sənədli kino sahəsində sənətkarlığı, həm də dünyada mədəniyyətlərarası dialoqa töhfəsi vurğulanıb.

    Qalibiyyət Kamran Qasımovun beynəlxalq səviyyədə tanınmasına və Azərbaycan kino sənətinin dünyada daha geniş yayılmasına imkan yaradacaq.

    Qeyd edək ki, sənədli filmin daha bir neçə beynəlxalq film festivalında iştirakı nəzərdə tutulur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR