AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yusuf Güney də saxlanıldı

  • + A
  • - A
  • 9-04-2026, 21:00

    Yusuf Güney də saxlanıldı

    Məşhur türk müğənni Yusuf Güney də ölkəsində aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb.

    Bununla bağlı Türkiyə KİV məlumat yayıb.

    Məlumata görə, sənətçi tərkibində narkotik maddə olan “Ayahuaska çayı” ilə bağlı açıqlamalarına görə saxlanılıb.

    Bildirilir ki, müğənni fikirlərində narkotik vasitələrin təbliği və təşviqinə şərait yaradıb.

    Xatırladaq ki, Yusuf Güney ötən ilin dekabrında narkotik əməliyyatlara bağlı dindirilmişdi.

    Qeyd edək ki, bir neçə gün əvvəl də 9 məşhur - Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan saxlanılmışdı.

    Bu gün isə aralarında “Uzak Şehir”in “Alya”sı Sinem Ünsalın da olduğu daha 14 məşhur haqda saxlanılma qərarı verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR