Gürcüstanın Telavi bələdiyyəsinin Tsinandali kəndində Azərbaycan nümayəndələrinin də qatıldığı VIII Tsinandali klassik musiqi festivalı keçirilir.
Sentyabrın 13-dək davam edəcək festival çərçivəsində 23 konsert keçiriləcək.
Festivalın ilk günündə məşhur skripkaçı Lisa Batiaşvili və maestro Gianandrea Nosedanın dirijorluğu ilə Pan-Qafqaz Gənclər Orkestrinin konserti baş tutub. Proqramda Karol Şimanovskinin Birinci skripka konserti və Nikolay Rimski-Korsakovun "Şəhrizad" simfonik süitası səsləndirilib.
Qeyd edək ki, 2019-cu ildə yaradılan Pan-Qafqaz Gənclər Orkestrinə musiqiçilər hər il qonşu ölkələrdən müsabiqə əsasında seçilir. 2026-cı ildə orkestrdə Azərbaycan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Moldova, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistandan gənc musiqiçilər təmsil olunur.
Orkestr festival çərçivəsində 4 konsertlə çıxış edəcək. Ümumilikdə builki festivala 300-dən çox musiqiçi qatılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.