AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meryem Uzerli və Halit Ergenç 15 ildən sonra yenidən bir arada

  • + A
  • - A
  • Bu gün, 10:31

    Meryem Uzerli və Halit Ergenç 15 ildən sonra yenidən bir arada

    “Muhteşem Yüzyıl” serialının məşhur aktyorları Meryem Uzerli və Halit Ergenç uzun fasilədən sonra eyni layihədə rol alıblar.

    Hürrem Sultan və Qanuni Süleyman obrazları ilə yadda qalan sənətçilər “İmrozda Bahar” filminin dünya premyerasında iştirak etmək üçün Misirdə təşkil olunan “El Gouna” film festivalının qırmızı xalçasına çıxıblar.

    Rejissor Özcan Alperin ekranlaşdırdığı film Gökçeadada yolları kəsişən iki insanın həyatından bəhs edir. Keçmişin izlərini daşıyan qəhrəmanlar adada qarşılaşdıqdan sonra həyatlarında yeni səhifə açmaq şansı qazanırlar.

    Filmin ssenarisi Özcan Alper və Luzin Dink tərəfindən birgə yazılıb. Çəkilişlər Gökçeadada aparılıb.

    Qeyd edək ki, aktyorlar “Muhteşem Yüzyıl” serialından təxminən 15 il sonra yenidən eyni ekran işində tərəf müqabili olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR