AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Masallıda məktəbdə olub, şagirdlərlə görüşüb

  • + A
  • - A
  • Bu gün, 12:30

    Millət vəkili Məşhur Məmmədov Masallıda məktəbdə olub, şagirdlərlə görüşüb


    Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda keçirilən tədbirlər çərçivəsində T. Bayraməlibəyov adına 2 saylı Yeddioymaq tam orta məktəbində olub.

    Deputat Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi Əli Rzayevlə birlikdə məktəbin kollektivinin yeni dərs ili münasibətilə təbrik edib, müəllim və şagirdlərlə görüşüb.

    Deputat Məşhur Məmmədov sinif otaqlarını gəzərək şagirdlərlə söhbət edib, onların arzularını dinləyib və yeni tədris ilində onlara uğurlar arzulayıb.

    Görüş zamanı məktəbin iki müəlliminin dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsindən uğurla keçərək yüksək bal topladığı bildirilib. Deputat yüksək nəticə göstərən müəllimləri təbrik edib və onların bilik və təcrübələrinin şagirdlərin uğurlarına da öz töhfəsini verəcəyinə inamını ifadə edib.

    Millət vəkili şagirdlərə müraciətində bildirib ki, Azərbaycan dövlətinin təhsil sahəsində yaratdığı imkanlardan maksimum istifadə etmək lazımdır:

    “Əziz şagirdlər, qarşınızda böyük imkanlar var. Azərbaycan dövləti sizə təhsil almaq üçün bütün şəraiti yaratmağa çalışır. Dövlət məktəblərində ödənişsiz təhsil alırsınız, bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün müxtəlif layihə və müsabiqələrdə iştirak edə bilərsiniz. Yüksək nəticə göstərən, olimpiadalarda qalib olan şagirdlər üçün ali təhsil imkanları da genişdir.

    Əsas məsələ bu imkanları düzgün qiymətləndirmək və vaxtınızı səmərəli istifadə etməkdir. Bu gün ölkəmizə savadlı, bacarıqlı, peşəsini sevən mütəxəssislər lazımdır. Sabah Azərbaycan iqtisadiyyatının, elminin, səhiyyəsinin, texnologiyasının və digər sahələrinin inkişafında sizin biliklərinizə ehtiyac olacaq.

    Heç bir uğur təsadüfən əldə olunmur. Qarşınıza məqsəd qoyun, çox oxuyun, müəllimlərinizin tövsiyələrinə qulaq asın və özünüzə inanın. Bu gün məktəb partasında oturan şagird sabah ölkənin müxtəlif sahələrində söz sahibi olan mütəxəssis ola bilər.”


    Deputat məktəbdə müəllim əməyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq təhsilin keyfiyyətinin həm müəllimlərin peşəkarlığından, həm də şagirdlərin elmə və biliyə münasibətindən asılı olduğunu qeyd edib.

    Görüş zamanı yeni dərs ilinin uğurlu keçməsi, məktəbin müəllim və şagirdlərinə yeni nailiyyətlər qazandırması arzulanıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR