AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımları atacaq

  • + A
  • - A
  • 22-09-2020, 15:18

    Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımları atacaq

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin başlıca səbəbi Ermənistan hakimiyyətdəki şəxslərin yalançı və ikiüzlü olmalarıdır. İşğalçı Ermənistan faşizmdən də qorxunc ideologiyaya malikdir. Məhz bu ideologiyaya söykənən Ermənistan rəhbərliyi yeni torpaqlar iddiasındadır
    Prezident İlham Əliyevin sentyabrın 19-da Azərbaycan telekanallarına müsahibəsində Ermənistanın təxribatları və bunun mümkün nəticələri ilə bağlı açıqlaması həm Ermənistana, həm də bütün dünyaya mesajdır. Dövlətimizin başçısı qeyd etdi ki, əgər Ermənistan beynəlxalq hüquqa bundan sonra da hörmətsizlik göstərməkdə davam edərsə, o zaman Azərbaycan da beynəlxalq hüququn tələblərini nəzərə almaya bilər. Prezident diqqətə çatdırıb ki, əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

    Deputatın sözlərinə görə, bu ilin iyulunda Tovuz rayonu istiqamətində törədilən təxribat, ardınca avqust ayında diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin bir daha faşist ideologiyasına xidmət etdiyini göstərir. Məqsəd danışıqları pozmaq və status-kvonu dəyişməz saxlamaqdır.

    Dünya ictimaiyyətinə özünü humanist kimi tanıtmağa çalışan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri vandalizm aktlarından söz açan deputat deyib: “Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində dini və tarixi abidələri dağıdır, yerlə yeksan edirlər. Biz Şuşada, Ağdamda və digər ərazilərimizdə məscidlərimizlə bağlı arzuolunmaz halların şahidi olmuşuq. Bu gün Yuxarı Gövhərağa məscidindən başqa bütün məscidlər dağıdılıb. Yuxarı Gövhərağa məscidi də fars mədəniyyət mərkəzi kimi təqdim olunur. Bütün bunların fonunda bəzi İslam ölkələrinin Ermənistana isti münasibəti başa düşülən deyil və sual doğurur. Əgər bu ölkələr İslam dəyərlərinə sadiq olsaydılar, o zaman Qarabağda mövcud olmuş onlarca məscidin dağıdılmasına səssiz qalmazdılar”.

    “Azərbaycan Prezidenti Ermənistanın təxribatlarını davam etdirəcəyi təqdirdə hərbi əməliyyatları işğalçı ölkənin ərazisində keçirə biləcəyimizi diqqətə çatdırdı”, - deyən İ.Məmmədov qeyd edib ki, bu, həm Ermənistana, həm də dünyaya mesajdır. Əgər dünya birliyi, beynəlxalq təşkilatlar işğalçı Ermənistanın təxribatlarının qarşısını ala bilmirsə, o zaman Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bütün lazımi addımları atacaq. Çünki haqqı tapdanan, hüquqları pozulan tərəf bizik və bizim mübarizəmiz haqq mübarizəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR