AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Torpaqlar geri qaytarılacaq” - Əli Əhmədov

  • + A
  • - A
  • 10-12-2016, 14:32

    “Torpaqlar geri qaytarılacaq” - Əli Əhmədov

















    “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər uzatmağa çalışır və ona görə də ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçib”.

    Trend xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün baş tutmamasına münasibət bildirərkən deyib.

    Ə.Əhmədov bildirib ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkmir: “Ermənistan bu yolla münaqişənin nizama salınmasına əngəl törədir, status-kvonu qoruyub saxlamağa çalışır. Güman edirəm ki, Ermənistan rəhbərliyi çox yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq və Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılacaq. Əks halda Azərbaycan öz imkanları ilə bunu həll edəcək. Buna görə də Ermənistan münaqişənin həllini mümkün qədər uzatmağa çalışır, ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR