Əliməmməd Nuriyev,
Hüquq müdafiəçisiABŞ Nümayəndələr Palatasının erməni əsilli üzvü Ana Eşu (Kaliforniya ştatından, democrat) və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə Azərbaycana qarşı “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı qərəzli qətnamə layihəsinin irəli sürülməsi ABŞ-ın Azərbaycanda reputasiyasına xələl gətirməklə yanaşı, həm də açıq qərəz, ikiüzlülük və ikili standartların nümunəsidir. Təsadüfə bax ki, …. eyni vaxtda bir qrup “insan hüquqları” təşkilatları (“Freedom House”, “International Pertnership For Human Rights, Democracy Development Foundation”, “Protection of Rights Without Borders NGO”, “Law Development and Protection Foundation”, “Open Society Foundations” və s.) “Dağlıq Qarabağda niyə ermənilər yoxdur” adlı hesabat yayıb. Belə təsadüflər olmur və Konresin bir sıra üzvlərinin və guya insan hüquqları müdafiə edən təşkilatların arxasından erməni diasporu, lobbisi və çirkli pullar görünür. Görünür daha gizlətməyə ehtiyac da duymurlar…
Ermənistanın işağalı nəticəsində öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmış 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını, Xocalı faciəsini, azərbaycanlıların qırılaraq basdırıldığı kütləvi məzarlıqları isə bu konqresmenlər və bu təşkilatlar “görümrlər”. Elə bu korluğa görə də dilənçi payı alırlar.
Qeyd etmək vacibdir ki, Qarabağın erməni sakinləri ötən ilin payızında könüllü olaraq bölgəni tərk ediblər, bunu onlar və Ermənistanın baş naziri dəfələrlə təsdiqləyiblər. Etnik təmizləmə iddialarının heç bir əsası yoxdur. Etnik təmizləmədən həqiqətən narahat olanlar Qərbi Azərbaycandan qovulmuş, hələ də öz evlərinə qayıda bilməyən yüz minlərlə azərbaycanlının hüquqlarını araşdırmalıdırlar.
Azərbaycanı bu cür əsassız ittihamlarla ləkələmək mümükün deyil . Azərbaycan böyük fədakarlıqla öz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. Silahlı qüvvələrimiz heç vaxt mülki insanları hədəfə almayıb və lamayacaq. Azərbaycan ədalətə, sülhə, haqq yoluna sadiqdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.