ABŞ dövlət katibinin müavini Uzra Zeya Patrul Xidmətinin və əməliyyat idarəsinin yeni binalarına baş çəkib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Zeya çıxışında qeyd edib ki, ABŞ Ermənistanda patrul polisinin formalaşdırılması məqsədilə 16 milyon dollara yaxın vəsait ayırıb və hüquq-mühafizə strukturlarında islahatların aparılmasında Ermənistanla işləməyə sadiqdir.
"Biz ümumi demokratik dəyərlərə, xalqlar arasında möhkəm əlaqələrə və qanunun aliliyinə sarsılmaz sadiqliyə əsaslanan bütün sahələrdə erməni-amerikan əməkdaşlığını dərinləşdirməyə davam edirik", - ABŞ dövlət katibinin müavini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.