Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, Ukraynada münaqişə bir ildən tez bitməyəcək. Bu barədə TASS məlumat yayıb.
O, bu barədə partiyanın seçki kampaniyasının rəsmi açılışı zamanı bildirib. Onun fikrincə, münaqişənin sona çatmasına ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsi təsir göstərə bilər.
"Ukraynada gedən müharibə bir ildən gec olmayaraq başa çatacaq və əgər respublikaçılar Amerikada prezident seçkilərində qalib gəlsələr, müharibə yanvarda bitə bilər", - İvanişvili bildirib.
O, həmçinin əlavə edib ki, Ukrayna münaqişəsinin başa çatması Gürcüstanın qlobal siyasi arenadakı mövqeyinə müsbət təsir göstərəcək. İvanişvili hesab edir ki, bu halda Tbilisi ilə Qərb ölkələri arasında anlaşılmazlıq aradan qalxacaq, sonra isə Avropa İttifaqı və ABŞ-ın Gürcüstana münasibətdə maraqları dəyişəcək.
Bundan əvvəl “The New York Times” yazıb ki, Ukrayna sülh danışıqları yolu ilə hərbi əməliyyatlara son qoymağı planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.