AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəmkirlilərin seçimi YAP-ın namizədidir

  • + A
  • - A
  • 17-08-2024, 12:13

    Şəmkirlilərin seçimi YAP-ın namizədidir

    Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Atabəy kəndinin seçiciləri ilə görüş keçirib.
    Azadmedia.az yap.org-a istinadla xəbər verir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu seçkilərin ölkəmizin demokratik inkişafında əhəmiyyəti barədə fikirlərini bildirib. Yeni Azərbaycan Partiyasının növbədənkənar seçkilərə ciddi hazırlaşdığını söyləyən rayon təşkilatının sədri deyib ki, YAP bütün digər seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanmaq əzmindədir.
    Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova Atabəy kəndinin sakinlərini salamlayaraq, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyasının hər zaman ölkəmizin inkişafı, xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının Milli Məclisə növbədənkənar seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayan YAP-ın namizədi qeyd edib ki, bu yeni mərhələdə partiyamızın qarşısında duran hədəflər və məqsədlər partiyanın seçki platformasında aydın şəkildə öz əksini tapıb.
    Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi və digər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdıran Sahibə Qafarova vurğulayıb ki, bu gün ölkəmiz dünyada sabitlik və təhlükəsizlik adası kimi xarakterizə olunur. O, qeyd edib ki, ölkəmizin qarşısında duran bütün prioritetlər, bütün əsas məqsədlər reallaşdırılıb. Bildirib ki, bu uğurların təməlində Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının Prezident İlham Əliyevə sonsuz inam və etimadı, sarsılmaz təməllərə söykənən xalq-iqtidar birliyi dayanır. YAP-ın namizədi inamını ifadə edib ki, qarşıdan gələn seçkilərdə də Azərbaycan xalqı Prezident İlham Əliyevin sədrik etdiyi Yeni Azərbaycan Partiyasına öz dəstəyini göstərəcək.
    Görüşdə çıxış edən seçicilər sentyabrın 1-də mütəşəkkilliklə seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
    Görüşdən sonra Sahibə Qafarova şəhid kapitan Rizvan Pirnəzərovun xatirə bulağı kompleksinə də baş çəkib, burada şəhidin ailə üzvləri ilə görüşüb.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR