Qəbul zamanı vətəndaşlarla onlayn qaydada görüşən millət vəkili onların müraciət, təklif və problemlərini dinləyib, geniş fikir mübadiləsi aparıb, müraciətlərlə bağlı bir çox məsələlərin həlli istiqamətində görülmüş və gələcəkdə görüləcək işlər barədə vətəndaşlara məlumat verib. Vətəndaşların müraciəti nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb.