Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Yeni Azərbaycan Partiyası 74 saylı Masallı şəhər seçki dairəsi üzrə Məşhur Məmmədovun namizədliyi irəli sürülüb. İlk növbədə YAP-ın sədri, Azərbaycan Respulikasının Prezidenti Cənab İlham Əliyevə və partiyanın rəhbərliyinə təşəkkürümüzü bildiririk. 20.08.2024-cü il tarixdə Məşhur Məmmədovun təbliğat–təşviqat kampaniyası çərçivəsində Hişkədərə, Mişkəmi, Miyankü, Kubin və Nəzəroba kəndlərinin seçiciləri ilə görüşü keçirildi. Əziz dostlar, həmin görüşdə bir seçici olaraq iştirak etməyi özümə borc bildim və fikirlərimi sizinlə paylaşmaq istədim.
Kəndimiz keçən seçkilərdə Yardımlı-Masallı seçki dairəsinin tərkibində olub. Bu ildən ərazidə olan Miyankü, Kubin və Nəzəroba kəndi 74 saylı Masallı şəhər seçki dairəsinə daxil edilib. Buna görə səlahiyyətli şəxslərə minnətdarıq. Hər iki yerdə istər Hişkədərə, istərsə də Miyankü kəndində olan seçicilərdə bir “deputat aclığı” müşahidə etdim. Buradakı seçicilər keçən dövrdə olan deputatların onlarla heç bir dəfə də olsun görüşmədiyini və sosial problemləri ilə maraqlanmadığını dedilər. Məşhur Məmmədov seçiciləri səbr və təmkinlə dinləyərək ondan əvvəlki deputatın hər birinin öz sahəsində dövlətimiz üçün faydalı işlər gördüyünü və düşmənlərimizlə ölkəmizə qarşı informasiya müharibəsində vuruşduğunu qeyd etdi. Bununla o, öz keçmiş həmkarlarının fəaliyyətini müsbət qiymətləndirməklə özünün insanlara sədaqətli olduğunu, vicdanlı və dövlətçiliyə sadiqliyini bir daha təsdiq edti. Seçicilərindən öz səs vermə hüquqlarından istifadə edib ona opponent olan namizədlərdən ən layiqlisinə səs verməyi xahiş etdi.
Məşhur Məmmədovun keçən dövr deputatlıq fəaliyyətində gördüyü işlər nümunədir. Bu müddət ərzində seçicilərlə ayda 2 dəfə qəbul keçirib, pandemiya dövründə maddi yardımlar göstərib, müqəddəs şəhidlərimizin dəfnində iştirak edib, onların ailələrinə və qazilərə maddi yardımlar edib. Deputat olmamışdan əvvəl xeyriyyəçiliklə məşğul olub və bu günədək onu genişləndirir. Bu siyahını çox uzatmaq olar… Amma ən vacib bir məqam isə Masallıda “Təhsil Fondu”nun yaradılmasıdır ki, bununla da rayondan olan imkansız tələbələrin daha da yüksək təhsil alması və gələcəkdə yaxşı mütəxəssis olması üçün bir motivasiyadır. “Zər qədirni zərgər bilər”, deyib atalar. Çünki #MəşhurMəmmədov özü həyatda təhsilin necə vacib, önəmli olduğun bilir və bunu etməklə Azərbaycanın gələcəyinin ölkədə təhsil alan gənclərin alacağı təhsildən birbaşa asılı olduğunun vacibliyini mesaj verir. Hələ müstəqil Azərbaycanın təməli qoyulan ilk illərdə şirkət yaradaraq insanlar üçün yeni iş yerləri açmaqla hər bir işçisinin bir növ vəkili olmağa çalışmışdır.
Dövlətin iqtisadi funksiyalarından biri də sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, iqtisadi və sosial proseslərin hüquqi cəhətdən tənzimlənməsi və bunun üçün qanunvericilik bazasının olmasıdır. Məşhur Məmmədovun əvvəlcə sahibkarlıqla məşğul oduğu üçün sonradan qanunverici orqanda təmsil olunması məhz onun praktiki olaraq bu məsələlərin həllində töhvə vermək keyfiyyətləri Milli Məclisdə seçicilərinin səsi olmasını zəruri edib. Fəlsəfədə deyildiyi kimi, təsadüfdən zərurət doğur.
Məşhur Məmmədovun namizədliyi bu gün bizim üçün bir şansdır. İnanıram ki, bu tarixi şansı seçicilər qiymətləndirib dəyərləndirəcək və layiqli namizəd, sözü ilə əməli bir olan Masallımızın inkişafına dəstək olan hər bir seçicinin səsi olacaq Məşhur Məmmədova səs verəcəklər.
Bu təkcə mənim fikrim deyil, həm də sosial sifarişdir!
Böyük məmuniyyət hissi ilə Masallı seçicilərini seşkidə aktiv iştirak etməyə dəvət edirəm. Sizin hər birinizdən Masallını Milli Məclisdə həmişə layiqincə təmsil edən, seçicilərinin və ürəyimizin səsi olan Məşhur Məmmədova səs verməyə çağırıram!
Hörmətlə:
Səyyad Ağayev,
İqtisad üzrə fəlsəfə doktoru, dosent