AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilib

  • + A
  • - A
  • 29-01-2020, 11:15

    Deputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilib


    Yanvarın 27-də Azərbaycan Respublikası VI çağırış Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədovun ziyalı seçicilərlə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirib.

    Bu uğurun, inkişafın bütün sferalarda hiss olunduğunu qeyd edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev keçən zaman ərzində ölkədə sənaye və kənd təsərrüfatı, əmək haqqının, pensiyaların, sosial müavinətlərin artdığını vurğulayıb.

    YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev rayon ziyalı seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırıb.

    Görüşdə çıxış edən tanınmış ziyalılar Azərbaycan dövlətinin inkişafında YAP iqtidarının və xüsusilə bu partiyanın sədri olan cənab İlham Əliyevin müstəsna xidmətlərindən söz açıblar. Onlar bugünkü YAP iqtidarının apardığı daxili və xarici siyasəti dəstəklədiyini qeyd edərək bir seçici kimi özlərinin, bütün yaxınlarının Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədova səs verəcəklərini deyiblər.

    Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədov geniş nitqində Masallı rayonunda görülmüş bir çox işlər barədə geniş məlumat verib. Bildirib ki, ölkə başçısının reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində Azərbaycanın bütün rayonlarında olduğu kimi Masallıda da böyük işlər görülüb və davam etdirilir. Bütün bunlar ulu öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə davam etdirən cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir.Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədov bütün seçiciləri bu amallar uğrunda dövltə, xalqa xitmət edən YAP-ın namizədlərinə səs verməyə çağırdı. O, seçicilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə onların bütün problemlərinin, fikir və təkliflərinin həllində yardımçı olacağını söylədi.

    Əlihüseyn ŞÜKÜROV.

    Deputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilibDeputatlığa namizəd Məşhur Məmmədovun Masallı ziyalıları ilə görüşü keçirilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR