AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəhreyn rəsmi olaraq Putini ölkəyə səfərə dəvət edib

  • + A
  • - A
  • 3-09-2024, 10:37

    Bəhreyn rəsmi olaraq Putini ölkəyə səfərə dəvət edib

    Bəhreynin Moskvadakı səfiri Əhməd Əl-Saati bildirib ki, ölkəsinin hakimiyyət orqanları Rusiya prezidenti Vladimir Putini Bəhreynə səfərə dəvət edib.
    "Hökumətimiz Rusiya Federasiyasının cənab Prezidenti Vladimir Putinə dəvət göndərib və biz onun cavabını və ölkəmizə səfərini gözləyirik", - səfir bildirib.
    O, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin Rusiyaya səfəri zamanı iki ölkə başçılarının səmərəli danışıqlar apardığını vurğulayıb.
    Bundan əvvəl Bəhreyn səfirliyi kralın Putini özünün dostu hesab etdiyini bildirmişdi.
    Dövlət başçılarının görüşü may ayında Moskvada baş tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR