AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev jurnalistlə bağlı göstəriş verdi

  • + A
  • - A
  • 13-10-2018, 14:33

    İlham Əliyev jurnalistlə bağlı göstəriş verdi















    Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

    Bu barədə Mətbuat Şurasından bildirilib.

    Belə ki, Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.

    Şuranın Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanda həyata keçirilən media siyasətinin öz fundamental əsaslarını müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb. Bu siyasətin eyni zamanda insanpərvərlik, hümunistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Bildirilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər.

    “Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində repartyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli də Sizin şəxsinizdə Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur. O, kəskin şəkərli diabetdən, qara ciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir”, -deyə Mətbuat Şurasının müraciətində bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR