AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail girovlarla bağlı danışıqlarda sürətli irəliləyiş gözləyir

  • + A
  • - A
  • 5-12-2024, 11:39

    İsrail girovlarla bağlı danışıqlarda sürətli irəliləyiş gözləyir

    İsrail Qəzza zolağında HƏMAS hərəkatının radikalları tərəfindən saxlanılan girovların tezliklə azad edilməsi üçün bütün beynəlxalq vasitəçilərlə əlaqə saxlayır və yaxın gələcəkdə danışıqlarda irəliləyiş əldə olunacağına ümid edir. TASS xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti rəhbərinin ofisinin müşaviri Dmitri Handelman bildirib.

    "İsrail bütün oğurlananların tezliklə geri qaytarılması üçün bütün beynəlxalq vasitəçilərlə daimi əlaqə saxlayır. Ümid edirik ki, tezliklə danışıqlarda irəliləyiş əldə olunacaq və vətəndaşlarımız evlərinə qayıda biləcəklər".

    Dekabrın 4-də Yəhudi Dövlətinin müdafiə naziri İsrael Katz Tel Nof aviabazasına səfəri zamanı bəyan edib ki, Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqlar tezliklə irəliləyə bilər. Həmin gün İsrailin xarici işlər naziri Gideon Saar ATƏT ölkələrinin Nazirlər Şurasının Maltada keçirilən iclası ərəfəsində Aİ diplomatiyasının yeni rəhbəri Kay Kallas ilə görüşdə bəyan edib ki, İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı sazişlərin bağlanmasına ciddi yanaşır və bu, yaxın vaxtlarda baş verə bilər

    2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 100-dən çox girov azad edilib. Dekabrın 1-də atəşkəs pozuldu, döyüşlər yenidən başladı və bu gün də davam edir. İsrail tərəfinin son məlumatlarına görə, radikallar hələ də Qəzzada 100 nəfəri girov saxlayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR