AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşları bərpa edir

  • + A
  • - A
  • Bu gün, 17:57

    Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşları bərpa edir

    Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşları bərpa edir.
    2012-ci ildə ərəb ölkəsindəki vətəndaş müharibəsi səbəbindən
    Türkiyədən Suriyaya uçuşlar dayandırılıb.
    Türk Hava Yollarına məxsus Boeing-777 təyyarəsi İstanbul hava limanından havaya qalxaraq Dəməşq Beynəlxalq Hava Limanına salamat eniş edib. İlk TK846 reysi Türkiyə metropolisindən Suriya paytaxtına 349 sərnişinlə havaya qalxıb.
    Təyyarənin göyərtəsində olan bir çox insan minmə qapısında və salonda xoşbəxt emosiyalar nümayiş etdirib. Sərnişinlərdən bəzilərinin əllərində Türkiyə və Suriya inqilabının bayraqları olub.
    Türk Hava Yollarının rəsmi saytında elan olunduğu kimi, uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bunlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri saat 09:00-da İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlardır. Dəməşq Hava Limanından İstanbul Hava Limanına gediş-gəliş eyni günlərdə saat 13:00-da həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR