AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hakimiyyət İranda başı açıq qadınlara təzyiq etməyəcəklərinə söz verib

  • + A
  • - A
  • 24-01-2025, 18:18

    Hakimiyyət İranda başı açıq qadınlara təzyiq etməyəcəklərinə söz verib

    İran hökuməti ictimai yerlərdə başını örtməkdən imtina edən qadınlara təzyiq etməmək qərarına gəlib. Bu sözləri ölkənin strateji məsələlər üzrə vitse-prezidenti hazırda Dünya İqtisadi Forumunun keçirildiyi İsveçrəyə səfəri zamanı deyib.
    CNN-ə müsahibəsində o xatırladıb ki, qadınlara qarşı təzyiqlərin rədd edilməsi hazırkı prezidentin seçkiqabağı vədlərindən biri olub və o, dövlət başçısı vəzifəsinə başlayanda bunu yerinə yetirib. Zərif izah edib ki, bu qərar parlament, məhkəmə sistemi və Milli Təhlükəsizlik Şurası rəhbərləri ilə məsləhətləşmələrdən sonra verilib.

    Xatırladaq ki, ötən ilin sonunda İslam Respublikası rəhbərliyinin bütün ölkədə ictimai yerlərdə hicab taxmaqdan imtina edən qadınlar üçün xüsusi müəssisələr açmağa hazırlaşdığı xəbəri yayılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR