AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın xarici işlər naziri Lavrova Avropa üçlüyü ilə danışıqlar barədə məlumat verib

  • + A
  • - A
  • Bu gün, 19:12

    İranın xarici işlər naziri Lavrova Avropa üçlüyü ilə danışıqlar barədə məlumat verib

    İranın xarici işlər naziri Abbas Araqçi deyir ki, o, rusiyalı həmkarı Sergey Lavrova Tehranın Avropa üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa ilə sanksiyaların ləğvi ilə bağlı danışıqlarında əldə olunan irəliləyiş barədə danışıb.

    "Mən cənab Lavrovla üç Avropa ölkəsi ilə danışıqlar zamanı qaldırılan bütün məsələlər barədə danışdım və bütün vəziyyəti izah etdim", - deyə Əraqçi birgə mətbuat konfransında bildirib.

    Bundan əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Əraqçinin Cenevrəyə səfəri zamanı Avropa üçlüyü ilə danışıqların yeni dördüncü mərhələsi baş tutub.

    "Biz nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı fikir mübadiləsi apardıq. Hər iki tərəf bütün məsələlərin diplomatiya və danışıqlar yolu ilə həllinə sadiq olduqlarını təsdiqlədi. Əlaqələrin davam etdiriləcəyi qərara alınıb", - o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

    2024-cü ilin sentyabrında İran BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində nüvə proqramı ilə bağlı Avropa Üçlüyü ilə danışıqları bərpa edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR