Valentina Matvienko bildirib ki, Türkiyə prezidenti rusiyalı həmkarının tezliklə Ankaraya səfərini gözləyir. İki lider arasında sonuncu görüş ötən ilin payızında Kazanda baş tutub.
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. Bu barədə fevralın 27-də hazırda Ankarada səfərdə olan Federasiya Şurasının sədri Valentina Matvienko məlumat verib.
O vurğulayıb ki, bu barədə ona bu gün Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla görüşdə məlumat verilib.
"Mən Türkiyə Prezidenti cənab Ərdoğana Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin şifahi mesajını çatdırdım. O, Türkiyəyə səfərini çox gözlədiyini bir daha çatdırmağımı xahiş etdi və onu böyük dostu adlandırdı" - deyən Valentina Matvienko əlavə edib ki, onların Türkiyə lideri ilə görüşü çox məzmunlu olub. O, Ukrayna, Suriya və Yaxın Şərq ətrafındakı vəziyyətləri müzakirə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.