AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan silah paketi təklif etməyə hazırdır

  • + A
  • - A
  • 25-04-2025, 23:33

    Tramp Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan silah paketi təklif etməyə hazırdır

    ABŞ Müdafiə Nazirliyi Trampın rəhbərliyi altında krallıqla müdafiə əlaqələrinin həmişəkindən daha güclü olduğunu bəyan edir.
    Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan silah tədarükü paketi təklif etməyə hazırdır. Bu barədə məlumatlı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

    Onların sözlərinə görə, bu təklif ABŞ prezidenti Donald Trampın may ayında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gözlənilən səfəri zamanı elan olunmaq üçün hazırlanır.

    - Səudiyyə Ərəbistanı Krallığı ilə müdafiə sahəsində əlaqələrimiz Prezident Trampın rəhbərliyi altında həmişəkindən daha güclüdür. "Təhlükəsizlik sahəsində əməkdaşlığımızın davam etdirilməsi bu tərəfdaşlığın mühüm komponenti olaraq qalır və biz Səudiyyə Ərəbistanı ilə onun müdafiə ehtiyaclarını ödəmək üçün işləməyə davam edəcəyik", - ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

    Reuters-in məlumatına görə, Lockheed Martin, RTX Corp, Boeing, Northrop Grumman və General Atomics kimi aparıcı müdafiə podratçılarının qabaqcıl silah sistemlərinin tədarükü ilə məşğul olduğu və səfər zamanı bir neçə şirkət rəhbərlərinin Trampın nümayəndə heyətinə qatılacağı gözlənilir.

    Agentliyin istinad etdiyi mənbələr iddia edir ki, podratçı Ər-Riyadı bir sıra silahlar, o cümlədən C-130 nəqliyyat təyyarələri, raketlər və radar sistemləri ilə təmin edə bilər.

    Təklif olunan paket keçmiş prezident Co Bayden administrasiyası Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan geniş saziş çərçivəsində Ər-Riyadla müdafiə paktı bağlamağa uğursuz cəhd etdikdən sonra ortaya çıxdı.

    Aprel ayında Səudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco 14 yeni neft və təbii qaz yatağı və rezervuarının kəşf edildiyini açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR