Hava hücumundan müdafiə sistemləri Moskvaya uçan daha altı Ukrayna pilotsuz təyyarəsini ləğv edib. Bu barədə paytaxt meri Sergey Sobyanin Telegram kanalında məlumat verib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi düşmən pilotsuz təyyarələrinin hücumlarını dəf etməkdə davam edir. Moskvaya uçan 6 pilotsuz uçan aparat məhv edilib. Təcili yardım xidmətlərinin mütəxəssisləri dağıntıların düşdüyü yerdə işləyir", - məlumatda deyilir.
Xəbər Moskva vaxtı ilə saat 22:29-da kanallarda yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.