AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İyulun 4-də Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 30-06-2025, 10:12

    İyulun 4-də Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək

    Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il *iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında* Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.

    Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07* nömrəli telefonu, *contact@prosecutor.gov.az* elektron poçt ünvanı, həmçinin *prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X)* vasitəsilə də qəbula yazıla bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR