İstanbulda Ukrayna üzrə danışıqların üçüncü raundu qapalı rejimdə keçirilir
Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda danışıqlarının üçüncü raundu jurnalistlər üçün qapalı rejimdə keçirilir. Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın açılış nitqindən sonra yerli telekanallar danışıqlar zalından yayımını dayandırıb.
RİA Novosti-nin məlumatına görə, danışıqların yekunu üzrə mətbuat konfransı da Çırağan sarayında keçiriləcək.
Bundan əvvəl Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov danışıqlar ərəfəsində ikitərəfli görüş keçiriblər.
Çərşənbə günü İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raunduna hazırlıq keçirilib. Daha əvvəl bu tarixi Ukrayna Prezidenti Vladimir Zelenski qeyd etsə də, Moskvada bu məlumat rəsmi təsdiqlənməmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.