AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Malayziya kralı Rusiyaya dövlət səfərinə gedib

  • + A
  • - A
  • Bu gün, 10:07

    Malayziya kralı Rusiyaya dövlət səfərinə gedib

    Malayziya kralı Rusiyaya dövlət səfərinə gedib.
    Bu, 1967-ci ildə SSRİ ilə diplomatik münasibətlər qurulduqdan sonra Malayziya dövlət başçısının Rusiyaya ilk səfəri olacaq.
    Bernama xəbər agentliyi xəbər verir ki, Malayziya kralı Sultan İbrahim Rusiyaya dövlət səfəri üçün təyyarəyə minib və burada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

    Xüsusi təyyarə bu gün səhər Malayziya Kral Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Bu, 1967-ci ildə SSRİ ilə diplomatik münasibətlər qurulduqdan sonra Malayziya dövlət başçısının Rusiyaya ilk səfəri olacaq.

    Malayziya kralının dövlət səfəri avqustun 5-dən 10-dək baş tutacaq.

    Malayziya federal seçkili monarxiyadır. Ali hökmdar, kral federasiyanı təşkil edən doqquz ştatın hökumətləri tərəfindən beş il müddətinə seçilir. 2024-cü ildən bu vəzifəni Cohor sultanı İbrahim ibn İskəndər tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR