AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran prezidenti Məsud Pezeşkian Dohaya uçub

  • + A
  • - A
  • Bu gün, 19:35

    İran prezidenti Məsud Pezeşkian Dohaya uçub

    İran prezidenti Məsud Pezeşkian Qətər əmirinin dəvəti ilə bu gün İslam ölkələri və Ərəb Dövlətləri Liqası başçılarının fövqəladə sammitində iştirak etmək və çıxış etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib.
    İran prezidenti Məsud Pezeşkiyanın təyyarəsi bu gün İslam ölkələri və Ərəb Dövlətləri Liqası rəhbərlərinin fövqəladə sammitində iştirak etmək üçün gəldiyi Qətərin paytaxtı Dohanın hava limanına enib.

    İranın dövlət xəbər agentliyi İRNA xəbər verir ki, Pezeşkiyan Tehranı tərk etməzdən əvvəl İsrailin təcavüzü fonunda müsəlman ölkələrinin birlik və həmrəyliyinin qorunmasının vacibliyini vurğulayıb və onları İsraillə əlaqələri kəsməyə çağırıb.

    İran liderinin Dohaya bir günlük səfəri zamanı sammitdə iştirak edən bəzi dövlət başçıları və rəsmi şəxslərlə bir sıra görüşlər və danışıqlar aparacağı planlaşdırılır.

    Xatırladırıq ki, bir qədər əvvəl Türkiyə, İran və İraq prezidentlərinin Dohada ərəb və müsəlman ölkələri başçılarının sammiti çərçivəsində görüşəcəyini yazmışdıq. Sammitin məqsədi İsrailin Dohaya hücumlarını pisləyən qətnamənin qəbul edilməsidir. Həmçinin, dövlətlərin liderləri Fələstin münaqişəsi ilə bağlı birgə mövqe barədə razılığa gəlmək niyyətindədirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR