AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallıda seçicilərlə görüş keçirib

  • + A
  • - A
  • Bu gün, 14:20

    Deputat Məşhur Məmmədov Masallıda seçicilərlə görüş keçirib

    Masallı rayonunda deputat Məşhur Məmmədovun növbəti seçici qəbulu keçirilib. Görüş Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının inzibati binasında baş tutub.

    Qəbulda YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, Masallı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Qəşəm Hadıyev, eləcə də deputatın köməkçiləri iştirak ediblər.

    Bu dəfəki qəbulda biri şəhid ailəsi, biri Vətən Müharibəsi iştirakçısı olmaqla ümumilikdə 23 seçici deputata müraciət edib. Məşhur Məmmədov bildirib ki, anım günləri çərçivəsində şəhid ailələri ilə keçirilən ardıcıl görüşlər nəticəsində bu dəfə daha çox digər kateqoriyadan olan vətəndaşlar görüşə qatılıb.

    Qəbula gələn hər bir seçici fərdi qaydada dinlənilib, bir sıra məsələlər yerində həllini tapıb. Deputatın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib.

    Millət vəkili Məşhur Məmmədov bildirib ki, seçicilərlə görüşlər mütəmadi xarakter daşıyır və Masallı rayonunun müxtəlif ərazilərində davam etdirilir.

















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR