Haaqada Azərbaycan - Niderland tərəfdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəri çərçivəsində Niderland Krallığının xarici ticarәt vә inkişaf naziri Aukje de Vries, Xarici İşlәr Nazirliyinin (XİN) baş katibi Christiaan Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink, Niderlandın Baş nazirinin milli təhlükəsizlik müşavirinin müavini Joost van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vә İnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnin digәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Cari il ərzində iki ölkə arasında siyasi münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb, bu xüsusda ən mühüm nəticə kimi Avropa Siyasi Birliyinin Kopenhagendə Zirvə görüşündə Prezident İlham Əliyev ilə Baş nazir Dik Sxof arasında keçirilmiş görüşdə bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair razılığın əldə olunduğu, eləcə də il ərzində xarici işlər nazirlərinin görüşünün, XİN-lərarsı məsləhətləşmələrin, xarici işlər nazirinin müavinləri və digər səviyyədə qarşılıqlı səfərlərin davamlı siyasi dialoqa töhfə verdiyi bildirilib.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə xüsusi diqqət yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, davamlı siyasi məsləhətləşmələrin aparılması və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə yönəldilib, müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib, gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran yeni prioritet istiqamətləri müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.