İsrail ordusu Tehranın yaxınlığında yerləşən İranın nüvə infrastrukturuna aid obyektə zərbə endirib. Bu barədə İsrail Müdafiə Qüvvələri – SAXAL məlumat yayıb.
Bildirilib ki, hücum İranın nüvə proqramının mühüm elementlərindən birinə yönəlib. İsrail ordusunun nümayəndəsi, briqada generalı Efi Defrin bildirib ki, hədəf İranın atom sahəsində çalışan mütəxəssisləri olub.
“Bir neçə saat əvvəl Minzadexi bazasına zərbə endirdik. Orada nüvə silahı hazırlamağa çalışan alimlər yerləşirdi”, – deyə general vurğulayıb.
SAXAL-ın açıqlamasına görə, zərbə nəticəsində İranın nüvə potensialının “əsas elementlərindən biri” zərərsizləşdirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun məqsədinin İranı nüvə silahı yaratmaq imkanından məhrum etmək olduğunu bildirib. Onun sözlərinə görə, bu, ötən şənbə başlayan hərbi əməliyyatın əsas hədəflərindən biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.