AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp İrana danışıqlara qayıtmaq üçün 3–5 günlük möhlət verdi

  • + A
  • - A
  • Bu gün, 11:43

    Tramp İrana danışıqlara qayıtmaq üçün 3–5 günlük möhlət verdi

    ABŞ Prezidenti Donald Trump İrana danışıqlar masasına qayıtmaq üçün bir neçə gün vaxt verib. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
    “Tramp iranlıların işlərini qaydaya sala bilmələri üçün atəşkəsin daha 3–5 gün uzadılmasına hazırdır”, — deyə portalın mövzu ilə tanış olan həmsöhbətlərindən biri bildirib.
    Mənbənin sözlərinə görə, “bu, sonsuz davam etməyəcək”.
    8 apreldə Tramp İrana qarşı zərbələrdə iki həftəlik fasilə elan etmişdi. Tehran isə bir sıra şərtlər yerinə yetiriləcəyi təqdirdə döyüş əməliyyatlarının dayandırılmasına hazır olduğunu təsdiqləmiş və Hörmüz boğazında müvəqqəti gəmiçilik rejimi tətbiq olunduğunu bildirmişdi. 11 apreldə Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqlar keçirilsə də, nəticəsiz başa çatmışdı.
    Nəticədə, 13 apreldə ABŞ əsas razılaşmaların pozulmasından sonra Hörmüz boğazında blokada tətbiq etməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə gəmiləri izləyib yoxlayacağı, İranın rüsum aldığı gəmilərin isə saxlanılacağı və suların minalardan təmizlənəcəyi bildirilib. Lakin iki gün sonra Tramp Hörmüz boğazını “əbədi olaraq” açdığını və bunun Çin və “bütün dünya” üçün edildiyini bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR