İran ABŞ-ın Bəndər-Abbas limanına endirdiyi zərbələri ölkənin suverenliyinə qarşı açıq təcavüz adlandırıb və Vaşinqtonu BMT Nizamnaməsini pozmaqda ittiham edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei bildirib ki, ABŞ ordusunun Bəndər-Abbasın bir sıra ərazilərinə hücumu beynəlxalq hüquqa ziddir. O, həmçinin ABŞ-ın Oman və region ölkələrinə yönəlik təhdidlərini də pisləyib.
Bağai BMT Təhlükəsizlik Şurasını ABŞ-ın addımlarına hüquqi qiymət verməyə və Vaşinqtonu məsuliyyətə cəlb etməyə çağırıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Trump bildirmişdi ki, Oman Hörmüz boğazına nəzarəti ələ keçirməyə çalışarsa, ABŞ ordusu ölkəni “məhv etməyə” hazırdır.
Xatırladaq ki, ötən gecə ABŞ ordusu İranın Bəndər-Abbas limanındakı yerüstü idarəetmə məntəqəsinə zərbə endirib. ABŞ qüvvələrinin dörd hücum dronunu da vurduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.