ABŞ prezidenti Donald Trump ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə Alexander Alden namizədliyini irəli sürüb.
Məlumata görə, namizədlik artıq Ağ Evin saytında dərc olunub. İndi Aleksandr Aldenin namizədliyi United States Senate tərəfindən təsdiq və ya rədd edilməlidir.
Aleksandr Alden beynəlxalq təhlükəsizlik üzrə ekspert və diplomatdır. O, Trampın ilk prezidentlik dövründə ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə isə Palantir Technologies şirkətində baş məsləhətçi, həmçinin Atlantic Council əməkdaşı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.