AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: ABŞ-İran atəşkəsi başa çatıb, Tehran danışıqların davamını istəyib

  • + A
  • - A
  • Bu gün, 20:20

    Tramp: ABŞ-İran atəşkəsi başa çatıb, Tehran danışıqların davamını istəyib

    ABŞ Prezidenti Donald Trump Vaşinqtonla Tehran arasında tətbiq edilən atəşkəs rejiminin başa çatdığını açıqlayıb.

    Donald Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edib.

    Onun sözlərinə görə, buna baxmayaraq, ABŞ və İran arasında münaqişənin nizamlanmasına yönəlmiş danışıqlar davam etdiriləcək. Tramp bildirib ki, danışıqların bərpası təşəbbüsü İran rəhbərliyindən gəlib.

    ABŞ prezidenti qeyd edib ki, Vaşinqton bu təkliflə razılaşıb, lakin eyni zamanda Tehrana atəşkəs rejiminin artıq qüvvədə olmadığını açıq şəkildə çatdırıb.

    Tramp paylaşımında yazıb: "İran İslam Respublikası bizdən danışıqları davam etdirməyi xahiş etdi. Biz bununla razılaşdıq, lakin birmənalı şəkildə bildirdik ki, atəşkəs rejimi başa çatıb."


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR