ABŞ Prezidenti Donald Trump ilə Səudiyyə Ərəbistanının vəliəhdi Mohammed bin Salman arasında iyulun 11-də telefon danışığı baş tutub.
Səudiyyə Ərəbistanı mediasının yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər. Söhbət zamanı əsas mövzulardan biri ABŞ ilə İran arasında aparılan danışıqlar olub.
Səudiyyə Dövlət Xəbər Agentliyi (SPA) bildirib ki, telefon danışığında dəniz yolları və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb. Həmçinin regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönələn bütün səylərin dəstəklənməsinin əhəmiyyəti qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.