AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilmədi

  • + A
  • - A
  • Bu gün, 10:18

    Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini  razılaşdıra bilmədi

    Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı nəzərdə tutulan 21-ci sanksiyalar paketini Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşünədək razılaşdıra bilməyiblər.

    Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.

    Onun sözlərinə görə, 21-ci sanksiyalar paketi üzərində iş hələ başa çatmayıb və müzakirələr davam etdiriləcək.

    Kallas həmçinin bildirib ki, Avropa İttifaqı aralıq sanksiyalar çərçivəsində daha 250 Rusiya vətəndaşını qara siyahıya salmağı planlaşdırır.

    Bundan əvvəl Euractiv nəşri yazmışdı ki, Aİ 21-ci sanksiyalar paketini təsdiqləməyə hazırlaşır. Lakin üzv ölkələr arasında fikir ayrılığı səbəbindən paketin əvvəl planlaşdırıldığından daha yumşaq olacağı gözlənilir.

    Mübahisələr əsasən Rusiya hərbçilərinə viza verilməsinin qadağan edilməsi, mayeləşdirilmiş təbii qazın (LNG) ixracına məhdudiyyətlər və Rusiya neftinin qiymət tavanı ilə bağlı məsələlər ətrafında yaranıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR