108 il əvvəl Bakını azad edən Qafqaz İslam Ordusunun qəhrəmanları yad edilib
]
Bakının azad edilməsinin 108-ci ildönümündə Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət olunub.
Anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, səfirliyin əməkdaşları, hərbi attaşelik və müşavirlər, həmçinin müxtəlif qurumların təmsilçiləri iştirak ediblər.
Səfir Türk şəhidliyi abidəsi önünə əklil qoyub, daha sonra Şəhidlər xiyabanında şəhid məzarlarını ziyarət edib. Məzarların üzərinə qərənfillər düzülüb.
Birol Akgün ziyarət çərçivəsində Şəhidlik kitabını da imzalayıb.
Xatırladaq ki, 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının azad edilməsində mühüm rol oynayıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.