Hikmət Hacıyev BƏƏ-də görüş keçirib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində BƏƏ-nin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Paylaşımda bildirilib ki, tərəflər Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq gündəmdə olan məsələləri müzakirə ediblər.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və BƏƏ beynəlxalq münasibətlər sistemində sabitlik, əməkdaşlıq və dialoqun təşviqinə töhfə verən dövlətlər kimi çıxış edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.