AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik əməkdaşlığının əhəmiyyətindən danışdı

  • + A
  • - A
  • Bu gün, 12:39

    İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik əməkdaşlığının əhəmiyyətindən danışdı

    Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət edib.

    Dövlət başçısı müraciətində TDT ölkələri arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin təşkilatın güclənməsində əsas amillərdən biri olduğunu bildirib.

    Prezident vurğulayıb ki, müasir dövrdə regional və qlobal təhlükəsizlik məsələləri üzrə vahid yanaşmanın formalaşdırılması və fəaliyyətin əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır.

    İlham Əliyevin sözlərinə görə, təhlükəsizlik şuraları arasında mütəmadi fikir mübadiləsi ortaq risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması baxımından vacib mexanizmdir.

    Müraciətdə qeyd olunub ki, beynəlxalq terrorçuluq, hibrid təhdidlər, kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik və digər çağırışlar dövlətlərin birgə səylərini tələb edir.

    Azərbaycan Prezidenti bildirib ki, TDT məkanında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı ortaq təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir.

    Dövlət başçısı toplantı çərçivəsində aparılacaq müzakirələrin və irəli sürüləcək təşəbbüslərin Türk dünyasının təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR