AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tacikistan Baş naziri Zəfər parkında

  • + A
  • - A
  • Bu gün, 12:47

    Tacikistan Baş naziri Zəfər parkında

    Tacikistanın Baş naziri Koxir Rasulzoda Azərbaycana səfəri zamanı Bakıda Zəfər parkını ziyarət edib.

    Qonağın qarşılanması zamanı fəxri qarovul dəstəsi düzülüb. Rasulzoda Zəfər abidəsinin önünə əklil qoyub.

    Baş nazirə Zəfər parkının yaradılması və burada Vətən müharibəsində şəhid olanların xatirəsinin əbədiləşdirilməsi barədə məlumat verilib.

    Daha sonra Koxir Rasulzoda Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edib. Abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb.

    O, həmçinin Zərifə Əliyevanın, Əziz Əliyevin və Tamerlan Əliyevin məzarlarını ziyarət edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR