AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TDT daha güclü beynəlxalq profil formalaşdırır

  • + A
  • - A
  • Bu gün, 09:54

    TDT daha güclü beynəlxalq profil formalaşdırır

    Kubanıçbek Ömüralıyev: Türk dünyasının əməkdaşlığı yeni mərhələdədir

    Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə daha güclü beynəlxalq profil formalaşdırıb.

    TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bu barədə Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı bəyanatında bildirib.

    O xatırladıb ki, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinin imzalanmasından 17 il ötür.

    K.Ömüralıyev bildirib ki, bu müddət ərzində türk dövlətləri arasında əməkdaşlıq genişlənib və hazırda 64 mexanizmi əhatə edir.

    Baş katib qeyd edib ki, TDT-nin beynəlxalq əlaqələri, o cümlədən regional və beynəlxalq təşkilatlarla, üçüncü ölkələrlə və digər tərəfdaşlarla əməkdaşlığı inkişaf edir.

    Onun sözlərinə görə, siyasi dialoq daha müntəzəm və məzmunlu xarakter alıb, institusional əlaqələr möhkəmlənib.

    K.Ömüralıyev vurğulayıb ki, türk dövlətlərinin əməkdaşlığı regional sabitliyə, davamlı inkişafa, bağlantıların gücləndirilməsinə və beynəlxalq dialoqa töhfə vermək imkanlarını artırır.

    Baş katib TDT dövlətlərinin dövlət başçılarının siyasi iradəsi və dəstəyinin təşkilatın əldə etdiyi nəticələrdə mühüm rol oynadığını bildirib.

    O, “Türk Dünyası Baxışı – 2040” çərçivəsində qarşıdakı əsas vəzifələrə iqtisadi və fiziki bağlantıların dərinləşdirilməsi, texnoloji transformasiya, sosial rifahın artırılması və gənclərə investisiyaların gücləndirilməsinin daxil olduğunu qeyd edib.

    “TDT bu gün daha güclü əsaslara söykənir. Onun institutları daha yetkindir, əməkdaşlığı daha dərindir, tərəfdaşlıqları daha genişdir və beynəlxalq mövcudluğu daha nəzərəçarpandır”, - deyə baş katib bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR