Belarus nümayəndə heyəti Gəncə Avtomobil Zavodunda olub: Əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

Belarus Respublikasının bir qrup nümayəndə heyəti Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub. Qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində Gəncəyə ermənilər tərəfindən endirilən raket zərbələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan Memarial Kompleksdə şəhidlərin ruhunu anıblar, gül dəstələri qoyublar.
Sonra Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə avtomobil zavodu İB-nın balansında olan 240 yerlik körpələr evi - uşaq bağçasında da olublar. Qonaqların diqqətinə çatdırılıb ki, 1989-cu ildə inşa edilən və 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan binanın ümumi sahəsi 13 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana, müasir istilik sistemi ilə təmin olunub. Hənçinin qeud olunub ki, bağçanın idman zalı, müasir üzgüçülük hovuzu var. Burada qruplar üçün yataq və soyunub-geyinmə otaqları, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub. Körpələr evi-uşaq bağçasında əsasən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi işçilərinin övladları ödənişsiz tərbiyə alır.
Belaruslu nümayəndələr Gəncə avtomobil zavodunda olublar. Birliyin Müşahidə Şurasının Sədri, Millət Vəkili Xanlar Fətiyev qonaqları müəssisənin yığım xəttləri və istehsal sahələri ilə tanış edib. Diqqətə çatdırılıb ki, 2006-ci ildə ölkə başçısı Cənab İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri zamanı imzalanan ikitərəfli əməkdaşlıq müqavilələri bağlandıqdan sonra artıq 20-ə yaxındır ki, Gəncə avtomobil zavodu Minsk Traktor zavodu və Minsk avtomobil zavodları, eləcə də digər Belarus müəssisələri davamlı əməkdaşlıq edir.
Müəssisəyə baxış zamanı qonaqlar Belarus və Azərbaycan əməkdaşlığının birgə məhsulu olan kommunal maşınların istehsal prosesi ilə yaxından tanış oldular. Diqqətə çatdırıldı ki, bu avtomobillərin çən hissəsi 100 faiz yerli istehsaldır.
İkitərəfli görüş zamanı Belarus Azərbaycan əməkdaşlığının əsas preritetlərindən sayılan Gəncə avtomobil zavodu ilə MTZ və MAZ, eləcə də digər müəssisələrlə bundan sonra da davamlı əməkdaşlığın sahələri müzakirə olundu. Qeyd olundu ki, sevindirici haldır ki, 20 ilə yaxın birgə əməkdşalıq müddətində 16 000 yaxın kənd təsərrüfatı texnikaları, 5000 dən yuxarı avtomobillər və digər texnikalar Gəncədə tədarük olunub.
Öz növbəsində Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Gəncə avtomobil zavodunda yaradılan istehsal şəraitindən və görülən işlərdən məmnunluğunu vurğulayaraq bu müəssisənin Belarus – Azərbaycan iqtisadi əməkdaşlığında mühüm rol oynadığını qeyd etdi.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın gələcək aspektləri müzakirə olunub.
Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Belarus nümayəndə heyəti tərəfdən Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə yanaşı Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç, MAZ və MTZ müəssiələrinin rəhbər nümayəndələri iştirak edib. Gəncə avtomobil zavodu İB-dən isə görüşdə Müşahidə Şurasının sədir Millət vəkili Xanlar Fətiyev, Birliyin direktoru Amin Əliyev və digər məsul şəxslər iştirak edib.


















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.