AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Azərbaycanın multikulturalizm ənənələrindən danışıb

  • + A
  • - A
  • Bu gün, 11:17

    İlham Əliyev Azərbaycanın multikulturalizm ənənələrindən danışıb

    Dövlət başçısı cəmiyyətdəki ahəngdarlığı ölkənin sabit inkişafının əsas amillərindən biri adlandırıb

    Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanın multikulturalizm ənənələri və mədəniyyətlərarası münasibətlərdəki rolu barədə danışıb.

    Dövlət başçısı forumun son illərdə effektiv və inklüziv platforma kimi formalaşdığını bildirib. O, qlobal gündəmdəki aktual məsələlərin, xüsusilə mədəniyyətlər və dinlərarası münasibətlərin forumun əsas müzakirə istiqamətlərindən olduğunu vurğulayıb.

    Prezident qeyd edib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olub və əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu oynayıb.

    İlham Əliyev multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin xalqımızın qoruyub saxladığı tarixi irs olduğunu diqqətə çatdırıb.

    Onun sözlərinə görə, Azərbaycanda sabit inkişafın mühüm şərtlərindən biri cəmiyyətdəki ahəngdarlıqdır. Ölkədə müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Konstitusiya ilə müəyyən edilmiş bərabər hüquqlara malikdirlər və bir ailə kimi yaşayırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR