Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfəri zamanı Azərbaycanın hava məkanından keçərkən pilot vasitəsilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb.
Türkiyə lideri müraciətində iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə inamını ifadə edib.
Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək ölkəmizə sülh, firavanlıq və tərəqqi arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.