AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident milli radio və televiziya işçilərinə müraciət edib

  • + A
  • - A
  • Bu gün, 09:41

    Prezident milli radio və televiziya işçilərinə müraciət edib

    Prezident İlham Əliyev milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio əməkdaşlarına təbrik məktubu ünvanlayıb.

    Dövlət başçısı təbrikində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğının bu sahənin inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirib.

    Qeyd olunub ki, onun rəhbərliyi ilə yayımın texniki imkanlarının artırılması, yaradıcı potensialın inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

    İlham Əliyev vurğulayıb ki, müasir Azərbaycan radio və televiziyası texnoloji yeniliklərdən istifadə edərək ölkənin uğurlarını və milli maraqlarını geniş auditoriyaya çatdırır.

    Prezident teleradio əməkdaşlarının zəhmətini təqdirəlayiq hesab edib və milli yayımın gələcəkdə də obyektivlik, peşəkarlıq və milli dəyərlərə sədaqət prinsiplərinə uyğun fəaliyyət göstərəcəyinə əminliyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR