AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baydenin "genosid qərəzi" və Konqresdə anti-Azərbaycan isteriyası...

  • + A
  • - A
  • 30-04-2021, 20:48


    Prezident Baydenin qərəzli və əsassız genosidtanıma bəyanatından sonra bunun heç bir hüquqi nəticələrinin olmayacağını iddia edərək əslində dolayı şəkildə Baydenə qəhmər çıxanlar oldu. Xüsusən ABŞ administrasiyasında rast gəlinən belələri indi nə deyəcəklər? ... Bu fikirləri politoloq, "Bakı-Xəbər" Media Qrupunun rəhbəri Aydın Quliyev şəxsi facebook səhifəsində bildirib.
    65 konqresmen müraciət imzalayaraq təhlükəsizlik sahəsində Azərbaycana göstərilən maliyyə yardımlarını dayandırmağa , Ermənistana maliyyə yardımını artırmağa çağırıblar deyən politoloq: "Onların arqumentlərinə baxın...Guya Ermənistana müharibədən sonra bərpa olunmaq lazım imiş...Təcavüzkar ölkənin müharibədən sonra bərpa olunmasına yardım kimi əcaib çağırış praktikasını ilk dəfə görürük.Ən pisi isə odur ki, konqresmenlər "Arsaxın " adi silahları məhv edildiyi üçün ona da 2 milyon yardım göstərməyi təklif ediblər.Cənab konqresmenlər üçün fərqi yox imiş ki, heç kimin tanımadığı separatçı bölgənin bu adi silahları haradan və nə üçün əldə etdiyi barədə sual versinlər...", deyə əlavə edib və qeyd edib ki, Baydenin tanıma bəyanatından sonra bu hələ başlanğıcdır...
    Növbəti təhlükə Amerika məhkəmələrində Türkiyə dövlətinə qarşı saysız -hesabsız təzminat iddialarıın başlanması olacaq....
    Daha da pisi gözlənilir....
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR